Məhkəmə qərarları › İş №3(067)-541/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-541/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-541/2024 15.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X4 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərəvətlər İdarəsinin 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına X4 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərəvətlər İdarəsinin 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərəvətlər İdarəsinin nümayəndəsi məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və iştirak etməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərəvətlər İdarəsi nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Qərardan şikayət vermiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək, şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki, X3 ərizəsi geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və İXM-nin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərəvətlər İdarəsinin 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar