Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-544/2021 25.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz şəhəri, 28 May küçəsi, ev 67-də yaşayan Şəxs barəsində Azərb. Res-sı İXM-nin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs 04 iyun 2021-ci il tarixdə Xaçmaz şəhərində Jahangir Kərimlini söyərək xırda xuliqanlıq etmiş, bunula da ictimai qaydanı pozan hərəkətlər edərək, AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, təxminən 3 il bundan əvvəl X1 ilə sosial şəbəkədə aralarında yaranmış mübahisə zamanı Cahangir onu söyərək təhqir etmişdir. Həmin vaxtdan sonra o, dəfələrlə Cahangiri grmək və məsələyə aydınlıq gətirmək istəmiş, lakin Cahangir hər dəfə ona qarşı hörmətsizlik etmişdir. 04 iyun 2021-ci il tarixdə təxminən saat 14 radələrində o, Cahangirin idarə etdiyi avtomobili ilə Xaçmaz şəhəri Engels küçəsi ilə getdiyini görərək avtomobili saxlamaq istəmiş, lakin Cahangir avtomobili saxlamayaraq yolunu davam etmişdir. Bundan sonra o, təxminən saat 16 radələrində Cahangirin yaşadığı evin qarşısına gəlmiş və Cahangir onu görən kimi vtomobilin içərisindən onu təhqir etməyə başlamışdır. Bu zəmində onun Cahangirlə aralarında mübahisə yranmış və mübahisə zamanı o, bel nahiyəsindən bıçağı çıxararaq onu vuracağı ilə hədələmişdir. Həmin vaxt Cahangir ona mübahisəni saxlamasını və başqa bir yerdə davam edəcəklərini bildirmiş və o, Cahangirlə razılaşaraq bıçağı belinə taxmışdır. Hadisədən təxminən 15 dəqiqə sonra o, Heydər Əliyev prospektində Cahangirin iarə etdiyi avtomobilin arxasınca polis maşınının gəldiyini görmüş və Cahangir avtomobili saxlayaraq onu təhqir etməyə başlamışdır. Həmin vaxt o, əsəbiləşdiyi üçün Cahangirin avtomobilini təpiklə vurmağa başlamış və daha sonra polis əməkdaşları ona polis şöbəsinə gətirmişlər. Lakin o, özünün Cahangirin üzərinə bıçaq çıxarmaqda məqsədi Cahangiri öldürmək olmadığını, sadəcə on qorxutmaq olduğunu və baş vermiş hadisə zamanı heç bir xəsarət almadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X2 ifadə verərək göstərmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs onun oğludur. Şəxs mütəmadi olaraq onunla mübahisə edərək öz evlərində dinc oturmağa qoymur. Oğlu dəfələrlə əsassız yerə evdə münaqişələr yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 24 iyun 2021-ci il saat 20:00-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-544/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-544/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver