Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-545/2020 18.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi, xx.xx.1991-ci ildə Xaçmaz rayonunun, Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Padar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Padar kəndində küçədə Səməd Cavadovu yumruqla vurmuşdur. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 15:14 radələrində həmkəndlisi X2 ilə mübahisə edərək onun boyun nahiyyəsindən iki dəfə yumruq ilə vuraraq ona bədən xəsarəti yetirmişdir. Törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxx 2020-ci il tarixli qərara əlavə edilmiş Xaçmaz rayon MTE və PA şöbəsi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki,X1 bədəni üzərində aşkar edilmiş xəsarətlərboyunnahiyyəsininqançırıbərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx xxx 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsrətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, Şəxs xx xxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Padar kəndində küçədə Səməd Cavadovu yumruqla vuraraq qəsdən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, Şəxsnın Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətməsinin tam sübuta yetirildiyini hesab edir. Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-545/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-545/2020
18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver