Məhkəmə qərarları › İş №3(067)-546/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-546/2021

27.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-546/2021 27.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1988-ci ildə Quba rayonunun Susay kəndində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayonunun Qırız-Dəhnə kəndində yaşayan Şəxs barəsində Azərb. Res-sı İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 02.11.2020-ci il tarixdə X10 məxsus Xaçmaz şəhəri, Şəfəq küçəsi, 3 nömrəli evin yataq otağından 100 (yüz) manat məbləğində pulu, 11.11.2020-ci il tarixdə Xaçmaz rayonu, Gəncəli kəndində yaşayan X4 məxsus 200 (iki yüz) manat dəyərində velosipedi, 06.12.2020-ci il tarixdə X11 məxsus Xaçmaz şəhəri, S.Mümtaz küçəsində yerləşən evin həyətindən 93 (doxsan üç) manat dəyərində çalğı aləti olan nağaranı, 17.12.2020-ci il tarixdə X21 məxsus Xaçmaz şəhəri, Dağıstan küçəsində yerləşən 03 sentyabr 2020-ci il tarixdə günorta saat 15 radələrində ünvan 1 ünvanında yaşayan X1 yaşadığı fərdi yaşayış evindən ümumi dəyəri 50 manat olan 5 ədəd toyuq, 2 ədəd köhnə su mühərriki və usta alətləri, 07.09.2020-ci il tarixdə saaevdən dəyəri 90 (doxsan) manat olan mismark, çəkic, balta və digər təmir alətlərini, 17.01.2021-ci il tarixdə X6 məxsus Xaçmaz şəhərində yerləşən evdən 35 (otuz beş) manat məbləğində pulu, 23.01.2021-ci il tarixdə X22 məxsus Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən evdən 7 (yeddi) manat pulu, 12.02.2021-ci il tarixdə X25 məxsus olan **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan 22 (iyirmi iki) manat dəyərində ön və arxa nömrə nişanlarını, 15.02.2021-ci il tarixdə Bakı şəhər sakini X13 məxsus 20 (iyirmi) manat pulu, 05.03.2021-ci il tarixdə X7 məxsus Xaçmaz rayonu, qıraqlı kəndində yerləşən mağazadan 77(yetmiş yeddi) manat 50 (əlli) qəpik məbləğində pulu və ərzaq məhsullarını, 06.03.2021-ci il tarixdə X12 məxsus Xaçmaz rayonu, Rəhim-oba kəndində yerləşən evdən 80 (səksən) manat dəyərində ərzaq məhsullarını, 06.03.2021-ci il tarixdə X17 məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən evin həyətindən 80 (səksən) manat dəyərində samovar, 02.04.2021-ci il tarixdə Xaçmaz rayonu, Ağtala kənd sakini X2 məxsus evdən 96 (doxsan altı) manat dəyərində ətçəkən aparatı, blender və tava dəstini, 12.04.2021-ci il tarixdə X8 məxsus Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən evdən 40 (qırx) manat dəyərində pul qabını, 22.04.2021-ci il tarixdə Xaçmaz şəhəri, Gənclik küçəsi, ev 23-də yaşayan X14 məxsus evin həyətindən ümumi dəyəti 80 (səksən) manat olan iki ədəd samovarı, 23.04.2021-ci il tarixdə X15 məxsus Xaçmaz rayonu, Sabir-oba kəndində yerləşən bağ sahəsindəki tikilidən dəyəri 70 (yetmiş) manat olan alüminium tərkibli tava və qazıntıları, 18.05.2021-ci il tarixdə Xaçmaz şəhəri, Şəfəq küçəsi, ev 5-də yaşayan Məmmədov SəxavətFərrux oğluna məxsus traktordan 90 (doxsan) manat dəyərində 1 ədəd starteri, 18.05.2021-ci il tarixdə X16 məxsus Xaçmaz rayonu, Yeni-Sudur kəndinə yerləşən mağazadan 90 (doxsan) manat dəyərində pul və içkiləri, 21.05.2021-ci il tarixdə Xaçmaz rayonu, Arzu kəndində yaşayan X32 məxsus avtomobildən 80 (səksən) manat dəyərində “Pioneer” markalı maqnitofonu, 22.05.2021-ci il tarixdə X3 məxsus Xaçmaz şəhəri, R.Sadıqov küçəsində yerləşən ticarət mərkəzinə gələn 80 (səksən) manat dəyərində elektrik naqilini, 25.05.2021-ci il tarixdə X5 məxsus Xaçmaz şəhəri, Səttərxan küçəsində yerləşən yarımtikilidən dəyəri 30 (otuz) manat olan elektrik naqilini, 26.05.2021-ci il tarixdə Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 42-də yaşayan X9 məxsus evin həyətindən 90 (doxsan) manat dəyərində samovarı oğurlamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, 02.11.2020-ci il tarixdə X10 məxsus Xaçmaz şəhəri, Şəfəq küçəsi, 3 nömrəli evin yataq otağından 100 (yüz) manat məbləğində pulu, 11.11.2020-ci il tarixdə Xaçmaz rayonu, Gəncəli kəndində yaşayan X4 məxsus 200 (iki yüz) manat dəyərində velosipedi, 06.12.2020-ci il tarixdə X11 məxsus Xaçmaz şəhəri, S.Mümtaz küçəsində yerləşən evin həyətindən 93 (doxsan üç) manat dəyərində çalğı aləti olan nağaranı, 17.12.2020-ci il tarixdə X21 məxsus Xaçmaz şəhəri, Dağıstan küçəsində yerləşən 03 sentyabr 2020-ci il tarixdə günorta saat 15 radələrində ünvan 1 ünvanında yaşayan X1 yaşadığı fərdi yaşayış evindən ümumi dəyəri 50 manat olan 5 ədəd toyuq, 2 ədəd köhnə su mühərriki və usta alətləri, 07.09.2020-ci il tarixdə saaevdən dəyəri 90 (doxsan) manat olan mismark, çəkic, balta və digər təmir alətlərini, 17.01.2021-ci il tarixdə X6 məxsus Xaçmaz şəhərində yerləşən evdən 35 (otuz beş) manat məbləğində pulu, 23.01.2021-ci il tarixdə X22 məxsus Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən evdən 7 (yeddi) manat pulu, 12.02.2021-ci il tarixdə X25 məxsus olan **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan 22 (iyirmi iki) manat dəyərində ön və arxa nömrə nişanlarını, 15.02.2021-ci il tarixdə Bakı şəhər sakini X13 məxsus 20 (iyirmi) manat pulu, 05.03.2021-ci il tarixdə X7 məxsus Xaçmaz rayonu, qıraqlı kəndində yerləşən mağazadan 77(yetmiş yeddi) manat 50 (əlli) qəpik məbləğində pulu və ərzaq məhsullarını, 06.03.2021-ci il tarixdə X12 məxsus Xaçmaz rayonu, Rəhim-oba kəndində yerləşən evdən 80 (səksən) manat dəyərində ərzaq məhsullarını, 06.03.2021-ci il tarixdə X17 məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən evin həyətindən 80 (səksən) manat dəyərində samovar, 02.04.2021-ci il tarixdə Xaçmaz rayonu, Ağtala kənd sakini X2 məxsus evdən 96 (doxsan altı) manat dəyərində ətçəkən aparatı, blender və tava dəstini, 12.04.2021-ci il tarixdə X8 məxsus Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən evdən 40 (qırx) manat dəyərində pul qabını, 22.04.2021-ci il tarixdə Xaçmaz şəhəri, Gənclik küçəsi, ev 23-də yaşayan X14 məxsus evin həyətindən ümumi dəyəti 80 (səksən) manat olan iki ədəd samovarı, 23.04.2021-ci il tarixdə X15 məxsus Xaçmaz rayonu, Sabir-oba kəndində yerləşən bağ sahəsindəki tikilidən dəyəri 70 (yetmiş) manat olan alüminium tərkibli tava və qazıntıları, 18.05.2021-ci il tarixdə Xaçmaz şəhəri, Şəfəq küçəsi, ev 5-də yaşayan Məmmədov SəxavətFərrux oğluna məxsus traktordan 90 (doxsan) manat dəyərində 1 ədəd starteri, 18.05.2021-ci il tarixdə X16 məxsus Xaçmaz rayonu, Yeni-Sudur kəndinə yerləşən mağazadan 90 (doxsan) manat dəyərində pul və içkiləri, 21.05.2021-ci il tarixdə Xaçmaz rayonu, Arzu kəndində yaşayan X32 məxsus avtomobildən 80 (səksən) manat dəyərində “Pioneer” markalı maqnitofonu, 22.05.2021-ci il tarixdə X3 məxsus Xaçmaz şəhəri, R.Sadıqov küçəsində yerləşən ticarət mərkəzinə gələn 80 (səksən) manat dəyərində elektrik naqilini, 25.05.2021-ci il tarixdə X5 məxsus Xaçmaz şəhəri, Səttərxan küçəsində yerləşən yarımtikilidən dəyəri 30 (otuz) manat olan elektrik naqilini, 26.05.2021-ci il tarixdə Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 42-də yaşayan X9 məxsus evin həyətindən 90 (doxsan) manat dəyərində samovarı oğurlamışdır. Əməlindən peşmandır və ona inzibati həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokollarla sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirib, inzibati xətaları təkrarən törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimiqiymətləndirməklə, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası İXM-nin 43- 48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin.Üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar