Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-548/2021 29.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Niyazabad kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 25 iyun 2021-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “VAZ 2106” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Niyazabad kənd yolunda hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən ərazidə xidmətdə olan Xaçmaz rayon X4 X5 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sənədlərini təqdim etməsi təklif edildikdə həmin vaxt Şəxs spirtli içki qəbul etməsi hiss olunduğundan Yol Patrul Xidməti inspektoru tərəfindən ona qanunvericiliyin tələbləri izah edilərək avtomobilin yol hərəkətindən kənarlarşıdırlmalı olduğu izah etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq oradan uzaqlaşmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X3 göstərdi ki, Şəxs 25 iyun 2021-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “VAZ 2106” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Niyazabad kənd yolunda hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən ərazidə xidmətdə olan Xaçmaz rayon X4 X5 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sənədlərini təqdim etməsi təklif edildikdə həmin vaxt Şəxs spirtli içki qəbul etməsi hiss olunduğundan Yol Patrul Xidməti inspektoru tərəfindən ona qanunvericiliyin tələbləri izah edilərək avtomobilin yol hərəkətindən kənarlarşıdırlmalı olduğu izah etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, 25 iyun 2021-ci il tarixdə saat 19:00 radələrində özünə məxsus “VAZ 2106” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Niyazabad kənd yolunda hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən ərazidə xidmətdə olan Xaçmaz rayon X4 X5 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı guya onun spirtli içki qəbul etməsini bildirməklə avtomaşınını yol hərəkətindən kənarlarşıdırlmalı olduğu izah edərkən həmin vaxt o, özünü itirdiyindən, eləcə də xəstəxanada ağır xəstə yatan anası olduğundan polis əməkdaşlarının tələblərinə tabe olmayaraq avtomobili sürüb oradan uzaqlaşmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 28 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununlа yаnаşı, məhkəmə hеsаb еdir ki, Şəxs 28 iyun 2021-ci ildən 29 iyun 2021ci ilədək inzibаti qаydаdа tutulduğu müddət nəzərə аlınmаqlа оnа təyin еdilmiş cərimə cəzаsı yüngülləşdirilməklə qəti məbləğ müəyyən еdilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsində bu cür qаydаlаr müəyyən еdilməsə də, məhkəmə hеsаb еdir ki, Аzərbаycаn Rеspublikаsı Cinаyət Prоsеssuаl Qаnunvеriciliyində охşаr münаsibətləri nizаmа sаlаn nоrmаlаrı müvаfiq оlаrаq аnаlоgiyа üzrə burаdа tətbiq еdilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il Qərarında göstərilmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4. maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 28 iyun 2021-ci ildən 29 iyun 2021-ci ilədək inzibаti qаydаdа tutulduğu müddət nəzərə аlınmаqlа, оnа təyin еdilmiş cərimə cəzаsının məbləği 100 (bir yüz) mаnаtа qədər аzаldılsın və üzərində 100 (bir yüz) manat məbləğində inizbati tənbeh saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-548/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-548/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver