Məhkəmə qərarları › İş №3(067)-552/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-552/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-552/2021 30.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Zərərçəkmiş şəxs X4 qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsi 25 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, 19.02.2021-ci il tarixdə X5 qızını müavinət almaqda kömək edəcəyi adı altında 350 manat pulunu ələ keçirməklə talamışdır. Məhkəmədə barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Barəsində yüngül növdə tənbeh təyin edilməsini xahiş etdi. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. Əlavə olaraq bildirdi ki, 350 manat pulu bir həftəyə qaytaracaqdır. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Nürəddin oğlu 19.02.2021-ci il tarixdə ona müavinət almaqda kömək edəcəyi adı altında 350 manat pulunu ələ keçirməklə talamışdır. Pulunun geri qaytarılmasını tələb edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Polis Şöbəsinə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında toplanmış materiallarla sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində ictimai işlər inzibati tənbeh növü təyin olması məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydad təqdim edildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar