Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-553/2021 30.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, 20.03.1976-cı ildə Özbəkistan Respublikasının, Fəryanə şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs 20 may 2021-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində yaşadığı evdə həyat yoldaşı X2 döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf edərək bildirmişdir ki, 2008-ci ildə o, Vəfa ilə evlənərək ailə həyatı qurmuş və onların birgə nigahdan iki övladları dünyaya gəlmişdir. 20 may 2021-ci il tarixdə onun yaşadığı ünvana rayon məhkəməsi tərəfindən uşaqlara kəsilmiş alimentin gecikdirilməsi barədə Xaçmaz rayon İcra şöbəsindən bildiriş gəlmişdir. Həmin vaxt o, həyat yoldaşı Vəfadan gedib alimentin alınmasını dayandırmasını tələb etmiş və bu zəmində onun Vəfa ilə aralarında mübahisə yaranmışdır. Mübahisəzamanı Vəfa Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verərkən o, əsəbiləşərək Vəfanın sifət nahiyəsinə sillə ilə vurmuş, əlindən mobil telefonu götürmüş və telefonu yerə vuraraq sındırmışdır. Lakin sonradan o, Vəfa Ağacanovanm AR.DİN-nin 102 xidmətinə və Xaçmaz rayon Polis Şöbəsinə müraciət etdiyini eşitdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X3 ifadə verərək göstərmişdir ki, o, 2008-ci ildə Xaçmaz rayonu Nərəcan kənd sakini Şəxs ilə evlənərək ailə həyatı qurmuş və onların birgə nigahdan iki övladları dünyaya gəlmişdir. Bundan başqa o, Çələbi ilə ailə qurduğu vaxtdan Çələbi spirtli içkilər aludəçisi olmuş, mütəmadi olaraq spirtli içkilər içərək onunla münaqişə yaradaraq onu döymüşdür. Lakin o, ailəsinin dağılmaması üçün bu barədə heç bir yerə şikayət etməmişdir. Həmçinin Çələbinin onu döydüyünə görə o, övladlarını evdə qoyaraq evdən qaçmaq məcburiyyətində qalmışdır. Bundan sonra o, 2017-ci ildə Çələbidən boşanmaq üçün məhkəməyə müraciət etmiş, məhkəmədə onun boşanması təxirə salınmış və Çələbidən hər uşağa 100 manatdan olmaqla ümumilikdə 200 manat aliment kəsilmişdir. 20 may 2021-ci il tarixdə Xaçmaz rayon İcra şöbəsindən əri Çələbinin adma alimentin ödənilməməsi barədə bildiriş gəlmiş və bildirişdə məhkəmə tərəfindən övladlarına kəsilmiş alimentin ödənilməsi göstərilmişdir. Həmin vaxt Çələbi bildirişi aldıqdan sonra sillə ilə onun sifət nahiyəsinə vurmuş və onun əlindəki telefonu götürüb sındırmaq üçün onu yerdə sürüməyə başlamışdır. Həmin vaxt o, Çələbinin əlindən çıxmağa çalışsa da Çələbi onun bel nahiyəsinə zərbələr endirərək mobil telefonunu əlindən alaraq sındırmışdır. Bundan sonra o, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Lakin o, Şəxs onu yaşadıqları evin həyətində döydüyünü və həmin vaxt yanlarında iki azyaşlı oğlan övladları olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, 20 may 2021-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində yaşadığı evdə həyat yoldaşı X2 döyərək ona sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, Şəxsnın Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətməsinin tam sübuta yetirildiyini hesab edir. Məhkəmə, Şəxs cəza təyin edərkən əvvəllər inzibati məsuliyytə cəlb edilməsini məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirib, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 30 iyun 2021-ci il saat 12:45-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-553/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-553/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver