Məhkəmə qərarları › İş №3(067)-558/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-558/2020

03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-558/2020 03.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Dövlət X5 X2 nümayəndəsi X1 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş materiallara baxaraq məhkəmə iclasında baxaraq müəyyən etdi : Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X7 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair materialdan görünür ki, X3 Xaçmaz şəhəri, Bakı prospekti ünvanında yerləşən “Ekonom Univermaq” ticarət obyektinin fasadında müvafiq icazə olmadan qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. Məhkəmə iclasında Dövlət X5 X2 nümayəndəsi izahat verərək bildirmişdir ki, Xaçmaz şəhəri, Bakı prospekti ünvanında yerləşən “Ekonom Univermaq”ticarət obyektinin fasadında müvafiq icazə olmadan qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati protokol tərtib olunmuş şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Məhkəmə, barəsində inzibati protokol tərtib olunmuş şəxsin törətdiyi inzibati xətanın xarakterini, əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.1973-cü ildə Ağdam rayonunda anadan olan X4 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar