Məhkəmə qərarları › İş №3(067)-558/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-558/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-558/2024 02.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X1 Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin müdiri X2 MN0452015 saylı, 19 aprel 2024-cü il tarixli“İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayəti nəzərdən keçirərək müəyyən etdi: Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin müdiri X2 MN ******* saylı, 19 aprel 2024-cü il tarixliqərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324-3.1-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin müdiri X2 MN ******* saylı, 19 aprel 2024-cü il tarixli qərarını hansı tarixdə aldığı barədə hər hansı sənəd şikayətə əlavə edilməmiş,bununla daqərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülüb-ötürülmədiyini müəyyən etmək mümkün olmamışdır. Halbuki,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-ci maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin MN ******* saylı, 19 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə həmin qərarın şikayətçi tərəfindən hansı tarixdə alınması barədə sənəd əlavə edilmədiyini, həmçinin həmin qərardan şikayətvermə müddəti keçdiyi halda buraxılmış müddətin bərpası barədə vəsatətin olmadığı nəzərə alınaraq, şikayətvə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin132-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin müdiri X2 MN ******* saylı, 19 aprel 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar