Məhkəmə qərarları › İş №3(067)-561/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-561/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-561/2024 01.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra Şöbəsi (böyük icra məmuru X2) tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 01 may 2024-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1688/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borclu Şəxs 1500 manat aliment borcunu ödəməyərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 04 may 2023-cü ildən başlayaraq Şəxs hər ay 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi icraatına 17 iyul 2023-cü il tarixdə daxil olmuşdur. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu aliment borcunu tam olaraq ödəməmişdir. Bugünə qədər tələbkarın xeyrinə 425 manat məbləğində pul ödənilmiş, hal-hazırda isə 1500 manat aliment borcu vardır. Qeyd olunan icra sənədi üzrə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək oktyabr ayında da inzibati məsuliyyətə cəlb edilməsi üçün Xaçmaz rayon məhkəməsinə gətirilmişdir. Barəsində qərar qəbul olunduqdan sonra 425 manat məbləğində ödəniş etmişdir. Borclunun yaşayış ünvanına baxış keçirilmiş, lakin evdə olmadığına görə barəsində axtarış qərarı qəbul olunmuş, Xaçmaz RPŞ əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmiş, lakin tutulmamışdır. Əlavə olaraq məhkəmə iclasında protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, maddi imkanı çatdığı məbləğdə ödənişlər etmişdir. Hal-hazırda işləmir, lakin qarşıdan gələn yay fəslində bağ sahələrində işləyərək hər ay 300 manat məbləğində ödənişlər edəcəkdir. Lakin halhazırda heç bir ödəniş etməyə imkanı yoxdur. O, ciyərlərinin xəstə olması ilə əlaqədar xəstəxanada müalicə almışdır və bu barədə sənədləri də var. Barəsində həbslə əlaqədar olmayan cəza növünün təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu tərəfindən 225 manat, 20 manat və 105 manat olmaqla bank kartına ödənişlər edilmişdir. O, borclu tərəfindən bank kartına əlavə ödəniş olunmadığını bildirmişdir. Borclu tərəfindən yaranmış borcun ödənilməsini tələb edir. Borclunun barəsində hər-hansı inzibati cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 01 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 04 may 2023-cü ildən başlayaraq Şəxs hər ay 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. -xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. -30 aprel 2024-cü il tarixli Xaçmaz RPŞ-nin məktubundan müəyyən olunur ki, 780672 nömrəli axtarış işi üzrə xx.xx.2024-cü il tarixdən axtarış elan olunmuş, Xaçmaz şəhəri, Dədə Qorqud küçəsi ev 1-də qeydiyyatda olan Şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişir. -Borclunun izahatından müəyyən olunur ki, 425 manat aliment borcu ödəniş etmiş, 1500 manat məbləğdə aliment borcu vardır. Qeyd olunan borcu tam şəkildə birdəfəlik ödəyə bilmir. -İcra işinə əlavə olunan Elektron icra İnformasiya sistemindən çıxarışdan görünür ki, borclunun adında hər hansı əmlakı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs qanuni qüvvəsini almış məhkəmə qərarında göstərilmiş tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 28 avqust 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar