Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-562/2022 11.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Atatürk küçəsi 59 saylı evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Məhkəməsinin 2(067)-4435/17 saylı 17.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən X1 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün Şəxs tərəfindən yaradılan maneələrə son qoyularaq, Xaçmaz rayon Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daşdəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0.57 ha torpaq sahəsi Şəxs qanunsuz sahibliyindən alınaraq, X1 verilməlidir. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 528.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında 27 iyul 2021-ci il tarixli protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-4435/17 saylı 17.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən X1 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün onun tərəfindən yaradılan maneələrə son qoyularaq, Xaçmaz rayon Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daşdəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0.57 ha torpaq sahəsi onun qanunsuz sahibliyindən alınaraq, X1 verilməlidir. O, qətnamənin icrasına heç bir maneçilik törətmir. Bundan əlavə isə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 01.09.2021-ci il tarixli qərarı ilə Xaçmaz rayon məhkəməsinin 2(067)-4435/2017 saylı, 17.10.2017-ci il tarixli icra vərəqəsi məhkəməyə qaytarılmışdır. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin məmuru və tələbkar şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmalarına baxmayaraq olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 01.09.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-4435/2017 saylı, 17.10.2017-ci il tarixli icra vərəqəsi məhkəməyə qaytarılmışdır və qeyd olunan qərardan şikayət verilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1970-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-562/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-562/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver