Məhkəmə qərarları › İş №3(067)-562/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-562/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-562/2023 25.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Müzəffəroba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 24 aprel 2023-cü il tarixdə, saat 14:00 radələrində Xaçmaz RPŞ Xudat PB-nin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində sonuncunun arvadı 23 aprel 2023-cü il tarixdə X3 ərizə ilə müraciət edərək təxminən 23 aprel 2023-cü il tarixdə, saat 17 radələrində yaşadıqları evdə Şəxs tərəfindən döyüldüyünü bildirmiş, daxil olmuş həmin şikayətlə əlaqədar xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Xaçmaz RPŞ-nin Xudat PB-nin inzibati binasında, təhqiqatçı Qəhrəman Qurbanovun xidməti otağında Şəxs izahatı alınan zaman sonuncu ucadan, ünvansız olaraq nalayiq ifadələr işlətmiş, Şəxs dəfələrlə nizam- intizama dəvət edilsə də, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunazidd əməlini davam etdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, yaşadıqları evdə arvadı ilə mübahisə etdiyindən arvadının şikayəti əsasında o, Xudat PB-yə dəvət olunmuş, o, izahatı alınması üçün təhqiqatçı Qəhrəman Qurbanovun xidməti otağında olarkən əsəbiləşib ünvansız söyüşlər söymüşdür. O, bu əməlindən çox peşmandır, həmin təhqiqatçıdan da üzr istəyir. Həmçinin bildirmişdir ki, o, evli olmaqla iki uşağı var. Törətdiyi əməldən peşmandır, məhkəmədən bağışlanılmasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarından görünür ki, X1 X3 Şəxs barəsində ərizə ilə etdiyi şikayətlə bağlı sonuncu izahatı alınması üçün Xudat PB-nin təhqiqatçısı Qəhrəman Qurbanovun xidməti otağında olmuş və orada ünvansız olaraq nalayiq ifadələr işlətmiş, o, polis tərəfindən dəfələrlə nizam-intizamlı olmağa dəvət edilsə də, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 24 aprel 2023-cü il tarixdən saat 14:30-dan 25 aprel 2023-cü il tarixə saat 15:40-dək inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1989-cu ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun 24 aprel 2023-cü il tarixdən saat 14:30-dan 25 aprel 2023-cü il tarixə saat 15:40-dək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar