Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-563/2022 15.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11, tələbkər X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Xaçmaz rayonunun Zaliyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Müşfiq kəndində yaşayan X9 haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(067)-1675/2021 saylı qətnaməsinə əsasən borclu X3 17 fevral 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 01 iyun 2021-ci il tarixdən hesablanmaqla hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq, X7 verilməsi qət olunmuşdur. X1 borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu X9 alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 1170 manat aliment borcu vardır. Xaçmaz rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, lakin borclu X9 icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(067)-1675/2021 saylı qətnaməsinə əsasən borclu X3 17 fevral 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 01 iyun 2021-ci il tarixdən hesablanmaqla hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq X7 verilməsi təmin edilməlidir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmiş və o, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri izah edilmişdir. Lakin borclu X2 müddət ərzində çağırışlara gəlməkdən yayınmaqla və təkrar icra çağırışlarına gəlməkdən yayındığından, həmçinin şəxsin yaşayış yeri müəyyən edilmədiyindən barəsində 11 yanvar 2022-ci il tarixdə qərar qəbul edilərək polis şöbəsinə göndərilmiş və həmin axtarış əsasında Xaçmaz rayon Polis Şöbəsində 09 fevral 2022-ci il tarixli, 780041 nömrəli axtarışı işi açılaraq 12 mart 2022-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində Şəxs saxlanılaraq barəsində tədbir görülməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Hal hazırda borclunun tələbkara aliment özürə borcu 1170 manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs X9 törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(067)- 1675/2021 saylı qətnaməsinə əsasən ondan 17 fevral 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 01 iyun 2021-ci il tarixdən hesablanmaqla hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq X7 verilməsi təmin edilməlidir. Həmin borcu ödəyə bilməməsinə səbəb maddi cəhətdən imkanı və rəsmi iş yeri olmaması ilə əlaqədar olduğunu və buna görə 1170 manat borcunu olduğunu və həmin yaranmış borca görə hal-hazırda heç bir ödəniş edə biməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar X10 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(067)-1675/2021 saylı qətnaməsinə əsasən borclu X3 17 fevral 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 01 iyun 2021-ci il tarixdən hesablanmaqla hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi təmin edilməlidir. Hal-hazırda heç bir yerdə işləmədiyini uşağın qayğısı ilə məşğul olduğunu və maddi cəhətdən imkanının olmadığını bidirmişdir. Borclu məhkəmə qətnaməsi icraya göndərildiyini gündən indiyənədək heç bir ödəniş etməmiş, və üzərinə düşən valideyinlik borcunu yerinə yetirməmiş və ümumiyyətlə valideyinlik borcunun nə olduğunu dərk etməmiş və buna görə də onun alimentə görə 1170 manat aliment borcu yaranmışdır. Barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 05 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 11 fevral 2022-ci il tarixli, 9/160-400-1221 saylı məktubundan görünür ki, X9 barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 11 yanvar 2022-ci il tarixli, 253077/03 saylı məktubuna əsasən 09 fevral 2022-ci il tarixli, 780041 nömrəli axtarış işi açılmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 14 mart 2022-ci il tarixli, 160- 6921-1221 saylı məktubundan görünür ki, X9 barəsində açılmış 09.02.2022-ci il tarixli, 780041 saylı axtarış işi üzrə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəxs 12 mart 2022-ci il tarixdə rayon polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində tədbir görülməsi ilə əlaqədar Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X5 ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən X5 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X5 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 15 mart 2022-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-563/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-563/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver