Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-563/2023 25.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 25 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon 1 saylı notariat ofisinin 09 yanvar 2023-cü il tarixli, 8İ-105 saylı icra sənədinə əsasən borclu Şəxs 2725 (iki min yeddi yüz iyirmi beş) manat pul alınaraq iş üzrə tələbkar X1 verilməldir. Şəxs göstərilən icra sənədinin icrasından qəsdən yayınmışdır. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X4 göstərmişdir ki, Xaçmaz rayon 1 saylı notariat ofisinin 09 yanvar 2023-cü il tarixli, 8İ-105 saylı icra sənədinə əsasən borclu Şəxs 2725 (iki min yeddi yüz iyirmi beş) manat pul alınaraq iş üzrə tələbkar X1 verilməldir. Hazırkı günə qədər heç bir ödəniş edilmədiyini, borclu Şəxs axtarış qərarı əsasında gətirildiyini bildirmişdir. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, Xaçmaz rayon 1 saylı notariat ofisinin 09 yanvar 2023-cü il tarixli, 8İ-105 saylı icra sənədinə əsasən ondan 2725 (iki min yeddi yüz iyirmi beş) manat pul alınaraq iş üzrə tələbkar X1 verilməldir. Həmin borcla bağlı xəbərdar olduğunu bildirərək, qeyd olunan borcu bir dəfəyə yox hissə-hissə ödəyə biləcəyini bildirmişdir, lakin tələbkar onun bu təklifi ilə razı olmamışdır. O, tələbkara çiyninin sındığını, İİ dərəcəli şəkər olduğunu səhhətinin ona işləməyə imkan vermədiyini bildirərək, həmin borcunun ödəniməsi ilə bağlı ona şərait yaratmasını ayda 200-250 manat olmaqla borcunu xırda-xırda ödəyərək qaytarmaq istədiyini bildirmişdir. O, anasının məktəbdə işlədiyini hər ay anasının əmək haqqısından ona olan borcunu hissə-hissə ödəyə biləcəyini desə də, tələbkar onunla razılaşmayaraq pulunu bir dəfəyə qaytarmasını ondan tələb etmişdir. Bundan əlavə olaraq o, xəstəliyi ilə bağlı xaricdə olduğunu, barəsində olan icra sənədindən xəbərinin olmadığını, icra sənədindən onun polis tərəfindən saxlanılaraq rayon icra şöbəsinə təhvil verilərkən xəbəri olmuşdur. Hazırki iş üzrə də tələbin könüllü icrası ilə bağlı bildirişi də o, bugün qol çəkərək aldığını bildirmişdir. Qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iş üzrə borclu Şəxs həmin bildirişi imza edərək qəbul etməsinə baxmayaraq, bildirişdə imzanın hansı tarixdə imzalanması ilə bağlı qeydlər aparılmamışdır. Məhkəmə iclasında iş üzrə borclu həmin bildirişin iki gün bundan öncə aldığını bildirmiş və bu faktı icra məmuru X4 da təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə informasiya sistemindən” əldə olunmuş məlumatlardan görünür ki, borclu Şəxs 2022-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayınadək xarici ölkədə olmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun qanuni tələblərini qəsdən yerinə yetirmədiyini, çağırışlara vaxtlı-vaxtında gəlmədiyi, bildirsə də, bu faktlar öz təsdiqi tapmamış, əksinə təkzib olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-563/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-563/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver