Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-564/2022 15.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon X20 təhlükəsizlik bölməsinin sahə inspektoru X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Xaçmaz RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin sahə inspektoru, X18 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs ünvan 1 ünvanında yaşayan X1 100 ABŞ dolları verərək dələduzluq yolu ilə onun 150 manat pulunu, bundan başqa ünvan 2 ünvanda yaşayan X2 Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində işlətdiyi “Appetite” marketindən hər birinin satış qiyməti 17 manat 90 qəpik olan və hər birinin çəkisi 1 kiloqram olan 10 (on) ədəd ümumi dəyəri 179 manat “Belaya korova” kərə yağlarını oğurlamaqla ələ keçirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X20 təhlükəsizlik bölməsinin sahə inspektoru, X18 göstərdi ki, Şəxs ünvan 1 ünvanında yaşayan X1 100 ABŞ dolları verərək dələduzluq yolu ilə onun 150 manat pulunu, bundan başqa ünvan 2 ünvanda yaşayan X2 Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində işlətdiyi “Appetite” marketindən hər birinin satış qiyməti 17 manat 90 qəpik olan və hər birinin çəkisi 1 kiloqram olan 10 (on) ədəd ümumi dəyəri 179 manat “Belaya korova” kərə yağlarını oğurlamaqla ona zərər vurmuşdur. Mağazadan oğurluq edərkən Şəxs oğulnun əməlləri videokameraya da düşmüşdür. Hər iki fakt üzrə Şeydayev X19 rayon Polis Şöbəsinə dəvət edilərək izahatı alınarkən özü səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Zərərçəkmiş şəxslərin hər biri ondan şikayətçi olduqları barədə ərizələr vermişlər, həmin ərizələr iş materiallarına əlavə edilmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, fəhləliklə məşğul olmaqla ailəsini dolandırır, törətmiş olduğu əməlləri maddi cəhətdən imkansızlığı ilə əlaqədar törtəmişdir. Bundan başqa o, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğunu və həmin vasitədən təxminən 4-5 ay bundan əvvəl həmin narkotik vasitəsindən istifadə etdiyini bildirmişdir. Hadisə ilə bağlı onu demişdir ki, mağazadan yağları oğurlayan zaman, 10 ədəd yağ qutularını əlində olan sellofan paketə yığıb kassanın yanından pulu ödəmədən keçib, mağazanın çıxışında yerləşən “Million” aparatına yaxınlaşıb, guya ödəniş etməsi görüntüsünü yaratmışdır. Sonra isə, gizlincə yığdığı yağ qutularını götürüb mağazadan çıxan zaman, mağazada işləyən xanım onun arxasıycan çıxaraq, əlindəki mallara görə pulun ödəyib-ödəməməsini bildirsə də, o, həmin xanıma pulu ödədiyini söyləyərək taksiyə minib çıxıb getmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs X6 qarşı törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb olunmalı, “Apetite” marketdən törətdiyi talama ilə bağlı əməlinə isə hissəvi xitam verilməli və iş yenidən araşdırılması üçün təhqiqat orqanına göndərilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin təhqiqatçısı polis, leytenantı X3 17 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, material üzrə izahatı alınmış “Appetite” marketin administratoru vəzifəsində işləyən X7 izahatında bildirmişdir ki, naməlum şəxs yağ qutularını kassadan yan keçdikdən sonra, mağazadan çıxan kimi mağazanın əməkdaşı Aygün “müştərinin arxasınca marketdən çölə çıxdığını və həmin şəxsin ona məhəl qoymayaraq taksiyə əyləşərək çıxıb getdiyini demişdir”. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özü də, məhkəmə iclasında izahat verərkən bu faktı qismən təsdiq etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarın 5-ci bəndində qeyd olunur ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, kimi tövsif edilməlidir. Göründüyü kimi, Şəxs hüquqa zidd əməli tam araşdırılmamış və əməlin xırda talama və ya soyğunçuluq olmasına dair hüquqi qiymət verilməmişdir. Bu hal Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X8 tərəfindən HK- 1/400 saylı material üzrə araşdırmanın səthi və keyfiyyətsiz aparılması ilə də təsdiq olunur. Belə ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X8 tərəfindən HK-1/400 saylı material üzrə qəbul olunmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərardan görünür ki, hadisənin şahidi olmuş “Apetite” marketin əməkdaşı Aygün adlı şəxs təhqiqata cəlb olunaraq dindirilməmiş, qərarda hadisənin Şəxs tərəfindən törədilməsi qeyd olunsa da, onun iş üzrə izahatı alınmamış, hadisə yerinə baxış keçirilməsi ilə bağlı məlumat qeyd olunsa da, hadisə yerində olan videomüşahidə kameraların görüntüləri əldə olunmamış və tədqiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir və iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərilir. Beləliklə də, Şəxs oğlunun X6 qarşı törətdiyi əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaya uyğun olduğundan və həmin əməl özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamilə sübuta yetirirldiyindən, o həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalı, “Apetite” marketdən törədiyi hüquqazidd əməli üzrə isə inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin təhqiqatçısı polis, polkovnikleytenantı X4 27 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində X6 qarşı törətdiyi əmələ görə cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcələnin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs MN № ******* saylı 10.03.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 25 (iyirmi beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 15 mart 2022-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. MN № ******* saylı 15 mart 2022-ci il tarixli inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğu üçün iş üzrə icraata xitam verilsin və materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-564/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-564/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver