Məhkəmə qərarları › İş №3(067)-564/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-564/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-564/2023 28.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu X2 tərəfindən inzibati xətaya dair qərara dair verilmiş ərizəyə (şikayətə) baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X1 adından məhkəməyə daxil olmuş ərizədən görünür ki, o, Xaçmaz rayon YPXnin əməkdaşı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın əsassız və qanunsuz olduğunu bildirərək, həmin polis əməkdaşının barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə ərizəni (şikayəti) və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə Azərbaycan Respublikası DİN BDYPİ-nin rəisinin adına ünvanlanaraq polis əməkdaşının barəsində tədbir görülməsi xahiş edilmişdir. Göründüyü kimi, ərizə (şikayət) qeyri-müəyyən tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə (şikayət) inzibati tənbehvermə haqqında qərardan məhkəməyə şikayət verilməsi barədə Azərbaycan Respublikası İXMnin tələblərinə uyğun olmadığından ərizə və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 tərəfindən inzibati xətaya dair qərara dair verilmiş ərizə geri qaytarılsın. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar