Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-566/2022 28.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1980-ci ildə Xaçmaz rayonunun Aşağı Ləgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Aşağı Ləgər kəndində yaşayan Şəxs oğlu haqqında Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin 327.8-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs oğlu 19 yanvar 2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus “Mersedes Benz B180” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən həmin küçə ilə N.Ələsgərov küçəsinin kəsişməsində “stop” nişanına məhəl qoymayaraq avtomobili tam dayandırma həddinə çatdırmadan yol ayrıcına daxil olmuş, həmin vaxt N.Ələsgərov küçəsi ilə hərəkətdə olan “Hyundai HD 72” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomomillə toqquşmuş, nəticədə Şəxs idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Zinət Salatın qızı sağlamlığına az ağır zərər vurmaya aid, qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri almışlar. Bununla da Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Xaçmaz rayon X4 X5 nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3cü maddələrinə əsasən Xaçmaz rayon X4 X5 nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, 19 yanvar 2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus “Mersedes Benz B180” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən həmin küçə ilə N.Ələsgərov küçəsinin kəsişməsində diqqətsizlik edib “stop” nişanına məhəl qoymayaraq avtomobili tam dayandırma həddinə çatdırmadan yol ayrıcına daxil olmuş, həmin vaxt N.Ələsgərov küçəsi ilə hərəkətdə olan “Hyundai HD 72” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomomillə toqquşmuşdur. Onun avtomobilində arxa oturacağında əyləşmiş sərnişin Zinət Salatın qızı sağlamlığa az ağır zərər vurmaya aid, qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri almışlar. Törətdiyi xətaya görə peşmançılıq hissi keçirir. Barəsində yüngül tənbeh təyin olunmasını xahiş edir. Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, iş materiallarında olan zərərçəkmiş şəxslərin izahatı, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə 12 fevral 2022-ci il tarixli qərar, tərtib edilmiş 07 mart 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə təmamilə təsdiq olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 fevral 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs ilə Zinət Salatın qızının barışmaları nəzərə alınaraq Şəxs toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və material üzrə cinayət işinin başlanması rədd edilməklə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Xaçmaz rayon X4 Yol Polisi bölməsinə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 fevral 2022-ci il tarixli qərarda istinad olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X2 rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 07.02.2022-ci il tarixli, 86 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1959-cu il təvəllüdlü Zinət Salatın qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın və sağ qaş nahiyyəsinin əzilmiş yaraları və sağdan 4,5-ci qabırğaların sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə 19.01.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 fevral 2022-ci il tarixli qərarda istinad olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X2 rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 07.02.2022-ci il tarixli, 93 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətalın nahiyyəsinin sıyrılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə 19.01.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesa edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-566/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-566/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver