Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-567/2022 17.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, X2 Xaçmaz rayon Polis Şöbəsi tərəfindən 01.02.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayətinə baxaraq MÜƏYYƏN ETDİM: X1 rayon Polis Şöbəsi tərəfindən 01.02.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan şikayətlə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, X3 tərəfindən mübahisələndirilən qərar ona 25.05.2021-ci il tarixdə çatdırılmış (bu fakt Ə.Qonaqov tərəfindən şikayətdə qeyd edilmişdir), həmin gündən 10 gün sonra isə o, inzibati tənbeh vermə haqqında qərara çevrilmiş və növbəti 10 günün tamamında qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi, X3 onun barəsində çıxarılmış protokoldan və müvafiq qaydada qəbul edilmiş qərar barədə bir neçə ay əvvəl məlumatlandırılsa da, həmin protokolu (qərarı) yalnız 15.03.2022-ci il tarixdə mübahisələndirərək məhkəməyə şikayətlə müraciət etmiş, habelə qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş etməmiş, bunun üçün üzrlü səbəblər göstərməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X2 şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-567/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-567/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver