Məhkəmə qərarları › İş №3(067)-569/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-569/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-569/2022 16.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 X1 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2(067)-218/2015 saylı qətnaməsinə əsasən borclu Şəxs 08 may 2014-cü ild təvvəllüdlü X5 yetkin yaşçına çatanadək saxlanması üçün hər ay 130 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Məhkəmənin 21 yanvar 2015-ci il tarixli, 2(067)-218/2015 saylı qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs Xaçmaz rayon məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2(067)- 218/2015 saylı icra vərəqəsi üzrə tələbi üzürsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 ifadə verərək bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2(067)-218/2015 saylı qətnaməsinə əsasən borclu Şəxs 08 may 2014-cü ild təvvəllüdlü X5 yetkin yaşçına çatanadək saxlanması üçün hər ay 130 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X3 verilməsi təmin edilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı tərəfindən borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində çağırışlara gəlməkdən yayınmaqla və ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs hazırda tələbkar X6 olan aliment borcu 1300 (bir min üç yüz) manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2(067)- 218/2015 saylı qətnaməsinə əsasən ondan 08 may 2014-cü ild təvvəllüdlü X5 yetkin yaşçına çatanadək saxlanması üçün hər ay 130 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X3 verilməsi təmin edilmişdir. Həmin 1300 manat aliment borcunun yaranmasına səbəb işsizliyindən olmuşdur. Hazırda o, qaz idarəsinə işə düzəlmiş və bundan sonra hər ay aliment üzrə yaranmış borcundan 300 manat ödəyəcəyini qalan borcu da sonrakı aylar üzrə vaxtlı-vaxtında tam ödəyəcəyini bildirməklə məhkəmədən barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh növünün tətbiq edilməsi xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş X1 nümayəndəsi Nümayəndə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2(067)-218/2015 saylı qətnaməsinə əsasən borclu Şəxs 08 may 2014-cü ild təvvəllüdlü X5 yetkin yaşçına çatanadək saxlanması üçün hər ay 130 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X3 verilməsi təmin edilmişdir. Lakin həmin göstərilən məbləği borclu tərəfindən müəyyən vaxtlar ərzində ödəməməsi səbəbindən borclunun ona hal-hazırda 1300 (bir min üç yüz) manat məbləğində aliment borcu təşkil etmişdir. O, məktəbdə işlədiyinə görə təqaüd alır və aldığı təqaüd ailəsinin dolanışığına belə yetmədiyini, borclunun hər dəfə borcunu ödəyəcəyini bildirsədə də borcunu ödəməmiş və buna görə borclu barəsində tədbir görülməsi üçün icra şöbəsinə müraciət etmişdir. Bundan əlavə olaraq hal-hazırda Respublikada alimentin miqdarı minimum əmək haqqı nəzərə alınmaqla 195 manat təşkil edir. O, borclunun aylıq dolanışığını nəzərə alaraq alimentin miqdarını qaldırmaq iqtidarında olduğunu lakin bunu etmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci 16 mart 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar