Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-57/2024 09.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Qərardan şikayət vermiş şəxs X4, Qərarından şikayət verilmiş Xaçmaz rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektoru X2 iştirakları ilə, X4 Xaçmaz rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektorunun inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektorunun inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X1 tərtib etdiyi İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP- 6032591 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 329.1-ci, 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Aşağıda göstərilənlərə əsasən tərtib edilmiş həmin qərar ləğv edilməlidir: Belə ki, xx.xx.2023-cü il tarixdə saat 18-06 radələrində o, Xaçmaz şəhəri Mehdi Hüseynzadə küçəsi ərazisində “Nissan Sunny” minik markalı, 90NH891 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xaçmaz rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektoru X2 tərəfindən saxlanılmış, həmin vaxt qayda pozuntusu etməmiş və təhlükəsizlik kəmərini bağlamışdır. Lakin bunlara baxmayaraq çərimə olunması barədə qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Ona görə də Xaçmaz rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektorunun inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 şikayəti müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Xaçmaz rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektoru X5 şikayəti qəbul etməyərək göstərdi ki, X7 07 oktyabr 2023-cü il tarixdə axşam saatlarında “Nissan Sunny” minik markalı, 90NH891 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri Mehdi Hüseynzadə küçəsi ilə hərəkətdə olarkən onun təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyini və yol nişanlarının tələblərini pozduğunu müşahidə edərək sürücünü saxlamış və şəxsə qayda pozuntusuna yol verdiyini bildirərək barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib etmiş, söhbət zamanı sürücü Sadıx Əsədov təhlükəsilik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyini və yol nişanlarının tələbini pozduğunu etiraf etmişdir. Bu proseslərin video görüntüsü xidməti video kamera vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Hesab edir ki, tərəfindən qəbul olunmuş qərar qanuni və əsaslıdır və ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektoru X5 tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X7 07 oktyabr 2023-cü il tarixdə axşam saatlarında “Nissan Sunny” minik markalı, 90NH891 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri Mehdi Hüseynzadə küçəsi ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nişanlarının tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektoru X5 tərəfindən təqdim edilmiş video görüntüyə baxış keçirilərkən X4 “Nissan Sunny” minik markalı, 90NH891 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etməsi və yol nişanının tələbini pozması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamaqla idarə etməsi və yol nişanlarının tələblərini pozmamasını göstərsə də bunun əsasını təsdiq edən sübutu və sənədi məhkəməyə təqdim etməmiş və izahatında göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı X4 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yuxarıda qeyd edilən normaların tələbləri baxımından yoxlanılarkən müəyyən edilmişdir ki, X4 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar törətdiyi inzibati xətaya görə qanunvericiliyin tələblərinə uyğun qəbul qəbul edilmiş, sonuncunun inzibati təqsiri öz təsdiqini tapmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Xaçmaz rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektorunun inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə verdiyi şikayət təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Xaçmaz rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektorunun inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-57/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-57/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver