Məhkəmə qərarları › İş №3(067)-572/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-572/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-572/2021 12.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1, Xaçmaz rayonu DYP bölməsinin inspektoru polis kapitanı X3 Zərərçəkmiş şəxs X2 iştirakları ilə, Xaçmaz rayonu DYP bölməsinin inspektoru X3 29 iyun 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək Xaçmaz rayonu DYP bölməsinin inspektoru X3 29 iyun 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X3 29.06.2020-ci il tarixli TP- ******* saylı inzibatı tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Qərara əsasən o, həmin qaydada təqsirli bilinib barəsində inzibati tənbeh tədbir edilmişdir, ona görə ki, 28 iyun 2021 -ci il tarixdə saat 18:10-da Xaçmaz rayonu, Qaradag-Buduq kəndi ərazisində HYUNDAİ TERRACAN MİNİK markalı, ** SA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Hesab edir ki, Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X3 barəsində çıxardığı 29.06.2020-ci il tarixli TP- ******* saylı inzibatı tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, hadisə vaxtı idarə etdiyi HYUNDAİ TERRACAN MİNİK markalı, ** SA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmiş və onun B kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin vaxt o, Xaçmaz şəhərindən yaşadığı Qaradag-Buduq kəndinə qayıdırdı. Xaçmaz-Bakı yolunun Qaradag-Buduq kəndinə dönən yol ayrıcına çatdıqda (Xaçmaz Xalça fabrikini qarşısı) o, yolda işarə edilmiş qırıq-qırıq xətlərə çatmamış sola dönmə işığını yandırmış və qarşıdan heç bir maneənin olmadığını görüb sola dönmə əməliyyatına başlamışdır. O, şosse yolunu keçib kənd yoluna dönürdü (şosse yolunu artıq keçmişdi) bu zaman Qaradag-Buduq kəndi istiqamətindən Bakı- Xaçmaz yola tərəf VAZ 2106 markalı JİQULİ maşını gəlirdi. Qaradag-Buduq kəndi istiqamətindən gələn yolun Bakı-Xaçmaz yoluna çıxışında “yol ver” işarə: basdırılmışdır. O, əmin idi ki, həmin avtomaşın işarəyə riayət edərək onun şosse yolundan kənd yolun keçməsinə mane yaratmayacaqdır. Lakin həmin avtomaşının sürcüsü yol işarəsinə riayət etməyib hərəkətini saxlamadan gəlib idarə etdiyi avtomaşınla toqquşmuşdur. O, dərhal avtomaşınını sıgortaladıgı “Paşa Sığorta Şirkətinə telefonla məlumat vermişdir. Müəyyən vaxtdan sonra hadisə yerinə sıgorta şirkətinin nümayəndəsi və DYP-nın əməkdaşları gəlmişlər. Bundan sonra o, Xaçmaz RPŞ-nin DYPB-da olmıış və barəsində yuxarıda göstərilən qərarı vermişlər. Hesab edir ki, yuxarıda göstərilən şəraitdə baş vermiş yolnəqliyyat hadisəsini günahı onda deyil digər sürücüdə yəni VAZ 2106 markalı nəqliyyat vasitəsini sürcüsündə olmuşdur. Lakin Xaçmaz RPŞ DYPB-nin əməkdaşları hadisəni düzgüni araşdırıb qiymətləndirilməmişlər və günahsız olduğu yerdə onu tam əsassız olaraq Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilib məsuliyyətə cəlb etmişlər. Məhkəmə iclasında izahat vermiş X4 bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı onun heç bir günahı olmamışdır, ona görə ki, o idarə etdiyi Hyundai markalı avtomobili baş yolla hərəkət edərək, manevr qaydalarına riayət edib, sola dönmə işıqlarını yandırdıqdan sonra, kənd yoluna dönərkən, kənd yolundan yüksək surətlə hərəkət edən Vaz 2106 markalı avtomobilin sürücüsü Seyidbala Dadaşov onun yolunda “yol ver” nişanının olmasına baxmayaraq, nişanın tələblərini pozaraq, yol verməmiş və bundan başqa, yolun sağ hissəsi ilə yox, düz ortası ilə yüksək surətlə hərəkət etdiyindən onun avtomobili ilə toqquşmuş və nəticədə qəza törədərək, onun avtomobilinə ziyan vurmuşdur. Buna baxmayaraq, yol polisi mövcud şəraitdə onu təqsirli bildiyindən, polisin qərarının ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında Xaçmaz rayonu DYP bölməsinin inspektoru X6 izahatında göstərmişdir ki, 29.06.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə gedib, orada araşdırma apararaq, hadisə yerinin sxemini tərtib etdikdən sonra, Hyundai markalı avtomobilin sürücüsü Ramin Hümbətovun təqsirli olduğunu müəyyən etmiş və bununla bağlı inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Qərarı onunla əsaslıdır ki, hadisə yerində çəkilmiş sxemi hər iki tərəf imza etmişlər və qeyd olunan sxemdən görünür ki, Vaz 2106 markalı avtomobilin yolunda “yol ver” nişanı olsa da, həmin avtomobil nişanın tələblərini pozmamışdır və qarşı tərəfin yoluna çıxmamışdır. Hyundai markalı avtomobilin sürücüsü Ramin Hümbətov isə baş yoldan kənd yoluna dönən zaman manevr qaydalarına riayət etməmiş və sxemdən də göründüyü kimi, döngəni kəsək yolu ilə dönərək birbaşa VAZ 2106 markalı avtomobilin yoluna çıxmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İnzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs X5 izahatında Xaçmaz rayon DYP bölməsinin inspektoru X3 izahatına uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayonu DYP-nin inspektoru X6 tərəfindən tərtib olunmuş TP ******* nömrəli, 29 iyun 2021-ci il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat cərimə olunmuşdur. İş materiallarında olan Xaçmaz rayonu DYP-nin inspektoru X6 tərəfindən tərtib olunmuş TP ******* nömrəli, 29 iyun 2021-ci il tarixli qərarından və yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, X4 həm qərarı, həm də sxemi imza etmiş və heç bir yazılı qeyd formasında etirazını bildirməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat cərimə olunur. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Xaçmaz rayonu DYP-nin inspektoru X6 tərəfindən tərtib olunmuş TP ******* nömrəli, 29 iyun 2021-ci il tarixli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Xaçmaz rayonu DYP-nin inspektoru X6 tərəfindən tərtib olunmuş TP ******* nömrəli, 29 iyun 2021-ci il tarixli qərar qüvvəsində saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar