Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-573/2021 16.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 aprel 2020-ci il tarixli, MN-481550 saylı qərarından şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ : X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 aprel 2020-ci il tarixli, MN-481550 saylı qərarından şikayət vermişdir. İş materiallarından müəyyən olunur ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 aprel 2020-ci il tarixli, MN-481550 saylı qərarından şikayətinə 01.06.2020-ci il tarixdə baxılaraq şikayət təmin edilməmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan şikayət vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 06.08.2020-ci il tarixli, 3(105)-263/2020 qərarı ilə şikayət təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 01.06.2020-ci il tarixli, 3(067)-443/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 aprel 2020-ci il tarixli, MN-481550 saylı qərarından şikayətinə baxıldığı üçün, həmin şikayətə təkrarən məhkəmədə baxılması yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 aprel 2020-ci il tarixli, MN-481550 saylı qərarından şikayəti geri qaytarılsın. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-573/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-573/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver