Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-575/2024 06.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Xaçmaz RPŞ-nin DYPB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP-6062957 saylı inzibati xəta haqqında tərtib edilmiş protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Şəxs barəsində olan 08 yanvar 2024-cü il tarixli inzibati icraatın başlanması haqqında qərardan və xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində sərxoş vəziyyətdə, Xaçmaz şəhəri, Bakı prospektində dayanmış X1 məxsus Vaz 21703 markalı, ** BN *** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırıb Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsinə gələrək həmin küçədə yerləşən “Elegant” kişi geyimləri mağazasının qarşısında dayanmış X5 məxsus Mercedes Benz markalı, ** VM *** dövlət nömrə nişanlı avtomobillə toqquşmaqla və piyada X3 vurmaqla yol nəqliyyat hadisəsi törədərək X5 1790 manat maddi ziyan vurmuşdur. İş materiallarında olan ziyan aktlarından, izahatlardan, yol-nəqliyyat hadisəsi yerinin baxış protokoluna əlavə sxemdən və fotoşəkillərin surətlərindən müəyyən edilir ki, Xaçmaz 1Saylı Texniki Xidmət Stansiyasının rəhbəri Z.Hüseynov, həmin TXS-nın əməkdaşı İ.Mövsümov və Mercedes Benz 190 minik markalı, q/ş BD №213927, 1991-ci il buraxılışı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X4 tərəfindən akt tərtib edilərək 1790 manat maddi ziyanın, həmçinin Xaçmaz 1Saylı Texniki Xidmət Stansiyasının rəhbəri Z.Hüseynov, həmin TXS-nın əməkdaşı İ.Mövsümov və Vaz 21703 minik markal, q/ş AC №396650, 2007-ci il buraxılışı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Əzizov Həzrətqulu oğlu tərəfindən akt tərtib edilərək 2205 manat maddi ziyanın olduğunu qeyd etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında iş materiallarına nəzər yetirilərkən müəyyən olunmuşdur ki, 08 yanvar 2024-cü il tarixdə inzibati icraatın başlanması haqqında qərar qəbul olunmuş, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin iş məhkəməyə xx.xx.2024-cü il tarixində müşayiət məktubu olmadan gətirilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən protokol imzalanmamış, o, protokolu imzalamaqdan imtina etmişdirsə, bu barədə protokolda müvafiq qeyd aparılmamış bununla da qanunvericiliklə müəyyən edilmiş tələblər pozulmuşdur. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-575/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-575/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver