Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-577/2024 06.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat X10 İdarəsinin inspektoru Nümayəndə iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin 324.3-cü maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inziati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 08 aprel 2024-ci il tarixdə saat 12:35 radələrində Xaçmaz şəhəri, N. Nərimanov küçəsində Şəxsnə məxsus «FORD TRANZİT» markalı **-İY-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti həyata keçirildiyi tərəflərindən aşkar olunmuşdur. Bununla da hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat X10 İdarəsinin inspektoru Nümayəndə protokolda göstərilənlərə uyğun çıxış edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarxidə saat 12:35 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində "xxxx" MMC-nin Ford Tranzit markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti həyata keçirdiyi AYNA-nın Quba Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq barəsində protokol tərtib olunmuşdur. Dəfələrlə qarşı tərəfə çağırışlar göndərilməsinə baxmayaraq idarəyə gəlməmişlər, izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişlər. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-i xx.xx.2024-cü il tarixdə protokol tərtib ediləndən sonra buraxılış vəsiqəsi almaq üçün idarəyə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə təmamilə təsdiq olunur. Bundan başqa iş materiallarında olan Baku Digital» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X4 Azərbaycan Yerüstü Nəqliyyat X3 sədri Anar Rzayeva ünvanladığı “ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsinə dair” 22 may 2024cü il tarixli müraciət ərizəsi ilə 08 aprel 2024-ci il tarixdə Xaçmaz şəhəri, N. Nərimanov küçəsində Şəxsnə məxsus «FORD TRANZİT» markalı **-İY-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyətini həyata keçirdiyi sübuta yetirilir. Belə ki, iş materiallarında olan 08 aprel 2024-cü il tarixli aktdan müəyyən olunur ki, Azərbaycan Yerüstü Nəqliyyat X10 İdarəsinin müdiri X7, inspektor X2 və inspektor X8 akt tərtib edərək imzalamaqla təsdiq etmişlər ki, 08 aprel 2024-ci il tarixdə saat 12:35 radələrində Xaçmaz şəhəri, N. Nərimanov küçəsində Xaçmaz rayonu, Armud-padar kənd sakini X9 tərəfindən idarə olunan Şəxsnə məxsus «FORD TRANZİT» markalı **-İY-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, buraxılış vəsqəsi olmadan daşıyıcı tərəfindən yük daşınması müəyyən edilmiş və sürücü X1 təqdim etməkdən və izahat verməkdən imtina etmişdir. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, Azərbaycan Yerüstü Nəqliyyat X10 İdarəsi tərəfindən Şəxsnə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə barələrində tərtib edilmiş 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Xaçmaz rayon Məhkəməsinə göndərilməsini rəsmi məktubla bildirmişlər. İş materiallarında olan Şəxs rəhbəri X4 Azərbaycan Yerüstü Nəqliyyat X3 sədri Anar Rzayeva ünvanladığı “ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsinə dair” 22 may 2024cü il tarixli müraciət ərizəsindən müəyyən olunur ki, avtomobil nəqliyyatı ilə daşıyıcı qismində Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı ilə sifarişli daşımaları həyata keçirmək üçün ölkədaxili sifarişli yükdaşımalara buraxılış vəsiqəsinin verilməsi üçün yazılı müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Hüquqi şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Hüquqi şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X5 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesa edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-577/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-577/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver