Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-579/2020 24.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4, Mütəxəssis X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Xaçmaz rayonun Qalağan kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxılır müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi üzrə toplanmış sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2020-ci ildə tarixdə Xaçmaz şəhər sakini X5 döyərək ona xəsarət yetirmişdir. Məhkəmədə izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2020-ci ildə tarixdə Xaçmaz şəhər sakini X5 döyərək ona xəsarət yetirmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərmişdir ki, o, xx.xx.2020-ci ildə tarixdə Xaçmaz şəhər sakini X5 döyərək ona xəsarət yetirmişdir. Əməlindən peşmandır. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2020-ci ildə tarixdə onu döyərək xəsarət yetirmişdir. Tərəflər məhkəməyə ərizə təqdim edərək barışdıqlarını bildirmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində başlanılmış cinayət işi rədd edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəxa hadisəsi xx.xx.2020-xi il tarixdə baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları,qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə başlanmış icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-579/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-579/2020
24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver