Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-579/2021 06.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati protokolu tərtib edən şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğunun iştirakı ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, 28 May küçəsi 15 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 327.1-ci maddələri üzrə daxil olmuş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 327.1-ci maddələri ilə inzibati xətaya dair material tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 22.06.2021-ci il tarixdə 19:20 radələrində «Volksvagen Passat» minik markalı 99RH865 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Xaçmaz rayonu, 20 Yanvar küçəsi ilə hərəkətdə olan zaman yolun kənarında yerləşdirilmiş X2 110/35/10 kV-luq “Xaçmaz” Y/S-dan çıxan 10 kV-luq “1-ci şəhər” H/X-nin üzərindəki 10 kV-luq 1 ədəd dəmir-beton dayağa çırpılaraq onu sıradan çıxarmış, nəticədə dayaq tamamilə yararsız hala düşmüş və istehlakçıların elektrik enerjisi təchizatında 3 saatdan artıq fasilə yaranmışdır. Şəxs “Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən Xaçmaz rayon PŞ-də sahə rəisi işləyən X4 izahatında göstərmişdir ki, Şəxs 22.06.2021-ci il tarixdə 19:20 radələrində «Volksvagen Passat» minik markalı 99RH865 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Xaçmaz rayonu, 20 Yanvar küçəsi ilə hərəkətdə olan zaman yolun kənarında yerləşdirilmiş X2 110/35/10 kV-luq “Xaçmaz” Y/S-dan çıxan 10 kV-luq “1-ci şəhər” H/X-nin üzərindəki 10 kV-luq 1 ədəd dəmir-beton dayağa çırpılaraq onu sıradan çıxarmış, nəticədə dayaq tamamilə yararsız hala düşmüş və istehlakçıların elektrik enerjisi təchizatında 3 saatdan artıq fasilə yaranmışdır. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 327.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, 22.06.2021-ci il tarixdə spirtli içki qəbul edib «Volksvagen Passat» minik markalı 99RH865 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol kənarında yerləşən beton dayağa çırpılmışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli alcovisor qəbzindən görünür ki, sürücünün alkoqolun miqdarı 1,801 % promildir. İş materiallarında olan “X5 Təchizatı və Satışı İdarəsinin” X2 24.06.2021-ci il tarixli 299(x) №li məktubunun surətindən görünür ki, 22.06.2021-ci il tarixdə «Volksvagen Passat» minik markalı 99RH865 dövlət qeydiyyat nişanlı avtomobil X2 110/35/10 kV-luq “Xaçmaz” Y/S-dan çıxan 10 kV-luq “1-ci şəhər” H/X-nin üzərindəki 10 kV-luq 1 ədəd dəmir-beton dayağa çırpılaraq onu sıradan çıxarmış, nəticədə dayaq tamamilə yararsız hala düşmüş və istehlakçıların elektrik enerjisi təchizatında 3 saatdan artıq fasilə yaranmışdır Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi onun özünün etirafı, inzibati xəta haqqında İXP ******* saylı protokolla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə görə barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbehin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 327.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 15 (on beş gün) müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 06 iyul 2021-ci il tarixdən, saat 16:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-579/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-579/2021
06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver