Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-580/2021 22.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi İlə, xx xxxx 1958-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş, Xaçmaz rayonunun Çiləgir kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilən 04 sentyabr 2020-ci il tarixli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu barədə Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis kapitanı X1 tərəfindən 24 mart 2021-ci il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilmiş ünvan üzrə bildiriş göndərilmiş, lakin zərf üzərində “vəfat etmişdir” məzmununda qeyd edilərək məhkəməyə geri qaytarılmışdır. İnzibati xəta haqqında protokolda göstərilmiş ünvanla telefon vasitəsi ilə əlaqə saxlanıldıqda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəfat etdiyi bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Xaçmaz rayon Polis Şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Xaçmaz rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 04 sentyabr 2020-ci il tarixli, EQ seriyalı ******* və 05 sentyabr 2020-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan və “DİN-nin DYP-nin web portalı”ndan çıxarışlarından görünür ki, Şəxs 04 sentyabr 2020-ci il tarixdə saat 14:16 və 05 sentyabr 2020-ci il tarixdə saat 01:04-də idarə etdiyi “Vaz 21074” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Xaçmaz-Yalama yolunun 34-cü km-də və Gəndob-Xaçmaz yolunun 20-ci km-də hərəkətdə olarkən müəyyən edilmişdir ki, Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-20 km saat həddində aşma və mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Bununla da Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və 04 sentyabr 2020 və 05 sentyabr 2020-ci il il tarixli inzibati tənbeh vermə haqqında qərarlarla Azərbaycan Respublikasının İnzoibati Xətalar Məcəlləsinin 328.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 və 50 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 01 may 2021-ci il tarixli, AZ-İİ nömrəli 177414 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs 27 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öldüyündən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx xxxx 1958-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş, Xaçmaz rayonunun Çiləgir kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-580/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-580/2021
22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver