Məhkəmə qərarları › İş №3(067)-582/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-582/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-582/2021 22.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadşova Könül Vasif qızının katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair material daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Beləliklə, daxil olmuş inzibati xəta haqqında materialdan müəyyən olur ki, barəsində inzibati protokol tərtib edilmiş şəxsə istinad olunan inzibati xəta hadisəsi Bakı şəhəri, Xətai rayonu ərazisində baş vermişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-111, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilsin. Hakim: Sərxan Səmədzadə İş № 3(067)-256/2020 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL 22 aprel 2020-ci il Xaçmaz şəhəri Xaçmaz rayon məhkəməsinin hakimi X3, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cц maddəsi üzrə tərtib olunmuş inzibаti xətaya dair mаteriаlın baxılmağa hazırlanması üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. İnzibati xəta haqqında mаteriаl аrаşdırаrılarkən müəyyən оlundu ki, inzibаti xətа hаqqındа tərtib оlunmuş material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur. Hakim qərardadı elan edir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar