Məhkəmə qərarları › İş №3(067)-589/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-589/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-589/2023 28.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, X1 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 14 may 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 28 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Xaçmaz rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(067)-413/2018 icra vərəqəsinə əsasən 05 dekabr 2017-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 50 manat olmaqla cəmi 150 manat məbləğində alimentin alınaraq X3 verilməsi qət olunmuşdur. Şəxs göstərilən icra sənədinin icrasından qəsdən yayınmışdır. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X11 göstərmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(067)- 413/2018 icra vərəqəsinə əsasən 05 dekabr 2017-ci il tarixdən hesablanmaqla xx.xx.2012ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 50 manat olmaqla cəmi 150 manat məbləğində alimentin alınaraq X3 verilməsi qət olunmuşdur. Şəxs göstərilən icra sənədinin icrasından qəsdən yayınmışdır. Bununla da onun 11400 manat borcu yaranmışdır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, tələbkarın ondan şikayəti yoxdur, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi Nümayəndə izahat verərək bilrmişdir ki, X2 nümayəndəsi Nümayəndə borcludan heç bir şikayəti yoxdur. Borclu barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı X2 nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizəni təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə basanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş təıləbkarın nümayəndəsi borcludan şikayətçi olmadığını bildirmiş, iş üzrə icraata xtam verilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar