Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-593/2020 30.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş Adıgözəlov Faqil Həsən oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkən şəxslər X2 və X1 iştirakları ilə, xx.xx.1966-cı ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1469/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar X2 və X1 cavabdeh Şəxs sahibliyində olan ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən və evin köməkçi vasitələrindən istifadə hüquqları tanınmaqla onlar ailə üzvləri ilə birlikdə həmin evə köçürülmələri təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs icra sənədinin icrası ilə bağlı icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Hal-hazırda Şəxs icra sənədini qərəzli olaraq icra etmir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1469/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar X2 və X1 cavabdeh Şəxs sahibliyində olan ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən və evin köməkçi vasitələrindən istifadə hüquqları tanınmaqla onlar ailə üzvləri ilə birlikdə həmin evə köçürülmələri təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs icra sənədinin icrası ilə bağlı icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Hal-hazırda Şəxs icra sənədini qərəzli olaraq icra etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1469/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçılar X2 və X1 onun sahibliyində olan ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən və evin köməkçi vasitələrindən istifadə hüquqları tanınmaqla onlar ailə üzvləri ilə birlikdə həmin evə köçürülmələri qət edilmişdir. Qərar müvafiq qaydada icraya yönəldilməsi və tələbin könüllü icrasını təmin etmək haqqında bildirişi almışdır. İddiaçılarla bir evdə yaşamaları qeyri-mümkündür. Qətnamənin icrasına imkan verməyəcək. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1469/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən o və qardaşı X1 cavabdeh Şəxs sahibliyində olan ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən və evin köməkçi vasitələrindən istifadə hüquqları tanınmaqla onlar ailə üzvləri ilə birlikdə həmin evə köçürülmələri təmin olunmuşdur. Borclu isə onların həmin evə köçürülmələrinə qərəzli olaraq imkan vermir. Məhkəmə iclasında digər zərərçəkən şəxs izahatında bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1469/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən o və qardaşı X2 cavabdeh Şəxs sahibliyində olan ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən və evin köməkçi vasitələrindən istifadə hüquqları tanınmaqla onlar ailə üzvləri ilə birlikdə həmin evə köçürülmələri təmin olunmuşdur. Borclu isə onların həmin evə köçürülmələrinə qərəzli olaraq imkan vermir. İş materiallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında iddiaçılarla birlikdə yaşamalarının mümkünsüz olduğunu bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, şəxsin 53 yaşının olmasını, 3 qrup əlil olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.1966-cı ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-593/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-593/2020
30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver