Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-594/2020 30.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Xaçmaz rayonunun Ağtala kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Ağtala kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : xx xxx 2019-cu il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Şəxs yaşadığı Xaçmaz rayonun Ağtala kəndində yerləşən torpaq sahəsinə baxış keçirilərkən əkilib-becərilməsi qadağan olunmuş ümumilikdə 47 ədəd narkotik tərkibli çətənə bitkisi kolları aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, o, ara-sıra narkotik maddə olan qurudulmuş marixuananı siqaretin tütününə qarışdırmaqla qəbul etmişdir. 2020-ci ilin may ayının əvvəllərində yaşadığı Xaçmaz rayonunun Ağtala kəndində yerləşən özünə məxsus pay torpaq sahəsində, plastik materialdan olan stəkanlarda 50 ədəd çətənə toxumları əkmiş, əkdiyi 50 ədəd çətənə toxumlarından 47 ədədi cücərmiş 3 ədədi isə məhv olmuşdur. xx xxx 2020-ci il tarixdə yaşadığı kənddə bələdiyyənin balansında olan torpaq sahəsində həmin 47 ədəd çətənə bitkilərini ayrı-ayrılıqda əkmişdir. xx xxx 2020-ci il tarixdə saat 18 radələrində o, əkdiyi çətənə kollarını suvarmağa gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra o, könüllü olaraq polis əməkdaşlarına əkdiyi 47 ədəd çətənə bitkilərini təqdim etmişdir. Həmin çətənə bitkilərini öz şəxsi istifadəsi üçün əkmişdir. Törətdiyi xətaya görə peşmançılıq hissi keçirir. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərar, inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli protokol, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarda istinad olunan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizası üzrə xx xxx 2020-ci il tarixli 7/255 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədiqiqata təqdim olunmuş üzərində “Şəxs” yazıları və imzaları olan kağız paketdə 02 (iki) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 4,721 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı Şəxs əməlində cinayət əməli olmadığı müəyyən edilməklə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs torpaq sahəsindən götürlmüş kağız paketdəki 02 (iki) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 4,721 qram olan narkotik vasitə sayılan çətənə (kannabis) bitkisi və 45 (qırx beş) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 16,296 qram olan bitki nümunələri qablaşdırılıb möhürlənərək Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşimançılıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Bununlа yаnаşı, məhkəmə hеsаb еdir ki, Şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020ci ilədək inzibаti qаydаdа tutulduğu müddət nəzərə аlınmаqlа оnа təyin еdilmiş cərimə cəzаsı yüngülləşdirilməklə qəti məbləğ müəyyən еdilməlidir. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların 02 (iki) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 4,721 qram olan narkotik vasitə sayılan çətənə (kannabis) bitkisi və 45 (qırx beş) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 16,296 qram olan bitki nümunələri məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək inzibаti qаydаdа tutulduğu müddət nəzərə аlınmаqlа, оnа təyin еdilmiş cərimə cəzаsının məbləği 100 (bir yüz) mаnаtа qədər аzаldılsın və üzərində 200 (iki yüz) manat məbləğində inizbati tənbeh saxlanılsın. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların 02 (iki) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 4,721 qram olan narkotik vasitə sayılan çətənə (kannabis) bitkisi və 45 (qırx beş) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 16,296 qram olan bitki nümunələri məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-594/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-594/2020
30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver