Məhkəmə qərarları › İş №3(067)-594/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-594/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-594/2021 13.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, Zərərçəkmiş şəxslər X4 və X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonun Qədimalıqışlaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 30.06.2021-ci il tarixdə Əhmədov Tofiqi və 09.07.2021-ci il tarixdə isə Nüşabə Şahbazovanı nalayiq söyüşlərlə söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs 30.06.2021-ci il tarixdə Əhmədov Tofiqi və 09.07.2021-ci il tarixdə isə Nüşabə Şahbazovanı nalayiq söyüşlərlə söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirərərk zərərçəkmiş şəxslərdən üzr istəmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X4 bidirmişdir ki, Şəxs 30.06.2021-ci il tarixdə onu nalayiq söyüşlərlə söymüşdür. Şəxs barəsində tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X5 bidirmişdir ki, Şəxs 09.07.2021-ci il tarixdə onu nalayiq söyüşlərlə söymüşdür. Şəxs barəsində tənbeh verilməsini xahiş edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1979-cu ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar