Məhkəmə qərarları › İş №3(067)-595/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-595/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-595/2025 07.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir olunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon DYPB-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında protokol tətrib edilən Xaçmaz Rayon Baytarlıq İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Xaçmaz Rayon Baytarlıq İdarəsinin barəsində Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xaçmaz Rayon Baytarlıq İdarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta üzrə material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Xaçmaz Rayon Baytarlıq İdarəsi tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xətalar törətmiş fiziki şəxs barədə vaxtında məlumat təqdim edilməmişdir. Bununla da Xaçmaz Rayon Baytarlıq İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Protokoldan görünür ki, hüquqi şəxs Xaçmaz Rayon Baytarlıq İdarəsinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat 5 gün müddətində verilməmişdir. Məhkəmə iclasında DYPB-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, Xaçmaz Rayon Baytarlıq İdarəsinə məxsus Khazar markalı, 27AA-204 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozub. Buna görə də, Xaçmaz Rayon Baytarlıq İdarəsi barəsində inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuşdur. Sorğuya cavab verilmədiyindən barəsində məhkəməyə müraciət olunub. Sorğuya 5 gün ərzində cavab verilməlidir. Protokol yol vərəqəsi əsasında tərtib olunur. Vaxtında məlumat təqdim edilməmişdir. Bununla da Xaçmaz Rayon Baytarlıq İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Xaçmaz Rayon Baytarlıq İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, məzuniyyətdə olduöu vaxt məktubu müavini alıb, lakin məktubun arxa səhifəsinə baxmayıb, düşünüb ki, məktub ona aid deyil. İş materiallarından görünür ki, Xaçmaz Rayon Baytarlıq İdarəsinə məxsus, onun mülkiyyətində olan Khazar markalı, 27AA-204 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də, Xaçmaz Rayon Baytarlıq İdarəsi tərəfindən Xaçmaz RPŞ-yə məlumat verilməmişdir. İş materiallarından görünür ki, Khazar markalı, 27AA-204 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi hazırda Xaçmaz Rayon Baytarlıq İdarəsinin sahibliyi və istifadəsindədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz Rayon Baytarlıq İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də, Xaçmaz Rayon Baytarlıq İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Xaçmaz Rayon Baytarlıq İdarəsi barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Xaçmaz Rayon Baytarlıq İdarəsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar