Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-602/2024 08.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, X1nın, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1979-cu ildə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyətiylə məşğul olan, əvvəllər inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir Belə ki, həmin inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli, 2(067)-733/2014 saylı icra vərəqəsinə əsasən 26 aprel 2004-cü il təvəllüdlü X6 və 10 iyun 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 12 mart 2014-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat məbləğində aliment borclu Şəxs tutularaq X3 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 10.042014-cü il tarixli 2(067)-733\2014 saylı qətnaməsinə sasən Şəxs hər ay iki uşağın saxlanılması üçün cəmi 180 manat məbləğində aliment alınaraq X1na verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Həmin icra sənədi xx.xx.2014-cü il tarixdə icraatına daxil olmuşdur. Bundan sonra lazımi icra tədbirləri görülmüş, borcluya bildirişlər göndərilmişdir. Lakin borclu icra şöbəsinə gəlməkdən yayınmışdır. Bundan sonra borclunun yaşayış yeri məlum olmadığından barəsində axtarış verilmişdir. Xaçmaz rayon Polis şöbəsi tərəfindən keçirilmiş tədbirlər nəticəsində borclu saxlanılaraq icra və probasiya şöbəsinə təhvil verilmişdir. Bundan sonra izahatları alınmışdır. Tələbkar 2018-ci ildən 2021-ci ilə qədər olan aliment borcunu tələb edir. Həmin müddətdə olan aliment borcu 5780 manat təşkil edir. Hazırda borclunun 5780 manat aliment borcu vardır. Bu gün də borclu barəsində axtarış nəticəsində məhkəməyə gətirilmişdir. 2021-ci ildən bu günə qədər uşaqlar borclunun himayəsindədir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törənmiş xətada özünü təqsirli bilməyərək göstərdi ki, 2019-cu il tarixli qətnaməyə əsasən uşaqlar onun himayəsinə verilmişdir, lakin uşaqlar 2018-ci ilin iyun ayının 1-dən onun yanındadır. Bundan sonra 2021-ci il tarixli qətnaməyə əsasən o, aliment ödəməkdən azad edilmişdir. Aliment uşaqlara görə təyin edilmişdirsə uşaqlar onun yanımda olduğundan və uşaqlara o, baxdığı, qayğılarını çəkdiyi üçün tələbkara aliment ödəməli deyildir. Hazırda qızı ailə qurub və onun cehiz əmlaklarını özüm almışdır. Oğlu da həddi-buluğa çatdığına görə ona avtomobil almışdır. Həmin borcla razı deyil. Uşaqlar onun himayəsində olduğu müddət hesablanmaqla tələbkara nə qədər borcu qalıbsa müəyyən edilməlidir. X1 iş üzrə izahatında göstərmişdir ki, borclu ilə boşanmışlar və 2 uşağın saxlanılması üçün borcludan hər üşaq üçün 90 manat olmaqla, cəmi 180 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmışdır. Bundan sonra borclu uşaqları aldadıb özüylə aparmışdır. Ona görə də uşaqlar onun yanında qalmışlar. Borclu ona könüllü olaraq aliment ödəməyib. Ona görə də hazırda yığılan 5780 manat aliment borcunu ödənilməsini tələb edir. Borclu hazırki borca görə 2023-cü ildə bir dəfə 528.1 maddəsi ilə həbs edilmişdir. Bundan nəticə çıxarmayaraq borcu ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında 27 may 2014-cü il tarixli qərarından görünür ki, 26 aprel 2004-cü il təvəllüdlü X6 və 10 iyun 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 12 mart 2014-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat məbləğində aliment borclu Şəxs tutularaq X3 verilməsinə dair Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 10 aprel 2014-cü il tarixli, 2(067)-733/2014 saylı icra sənədi üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsində 27 may 2014-cü il tarixdə icraata başlanılmış və böyük icra məmuru X9 tərəfindən icraata qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 27 may 2014-cü il tarixli, 1090/2014 nömrəli bildirişdən görünür ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 10 aprel 2014-cü il tarixli, 2(067)-733/2014 saylı icra sənədi üzrə borclu Şəxs 27 may 2014-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. Xaçmaz rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(067)-828/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Şəxs cavabdeh Əliyeva (Qurbanova) Rəmalə Tədbirşah qızına qarşı uşaq tələbinə dair Xaçmaz rayon Məhkəməsində iddia qaldırmış, nəticədə 26 aprel 2004-cü il təvəllüdlü X11 və 10 iyun 2005-ci il təvəllüdlü X13 iddiaçı Şəxs himayəsinə verilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(067)-267/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Şəxs cavabdeh X3 qarşı aliment ödəməkdən azad edilməsi və cavabdeh X2 əsassız varlanma nəticəsində əldə etdiyi 25 fevral 2021-ci il tarixə 6345 manat pulun geri qaytarılması tələbinə dair Xaçmaz rayon Məhkəməsində iddia qaldırmış, nəticədə iddiaçı Şəxs 26 aprel 2004-cü il təvəllüdlü X6 və 10 iyun 2005-ci il təvəllüdlü X8saxlanılması üçün cavabdeh X2 xeyrinə tutulan alimentin ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən azad edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 3(067)-111/2023 saylı qərarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həbsin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmaqla 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin borclunun axtarışı haqqında 04 mart 2024-cü il tarixli qərarından görünür ki, 10 aprel 2014-cü il tarixli, 2(067)-733/2014 saylı icra sənədi üzrə borclunun yerinin məlun olmaması barədə məsələyə baxaraq, borclu xx.xx.1979-cu il təvəllüdlü Xaçmaz rayonu, Qusarçay kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Xaçmaz rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı X16 rayon İcra və Probasiya Şöbəsinin rəisi Ədliyyə müşaviri Taleh Bayramova ünvanladığı 08 may 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfinfən 780644 nömrəli axtarış işi üzrə xx.xx.2024-cü il tarixdən axtarış elan olunmuş Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olan Şəxs xx.xx.2024-cü tarixdə keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi nəticəsində aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 08 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 07 (yeddi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 08 may 2024-cü il tarixdən, saat 13:40-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-602/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-602/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver