Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-604/2025 17.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İnzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə1 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə2 iştirakları ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olan Şəxs MMC-nin (Vöen:**********) 2024-cü ilin iyul ayı ərzində **********7130 nömrəli gömrük bəyannaməsi üzrə 685,25 ABŞ dolları dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusi.ya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-cü il tarixli 3-33-1700/2-000266/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin 21.01,2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının Xaçmaz rayonu, Nərəcan kəndi olduğu, fəaliyyətinin aktiv olduğu və rəhbərinin X6 olduğu məlum olmuşdur. Bundan sonra, Şəxs MMC-nin və X4 qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli, 3-33-1700/2-000773/2025 saylı dəvət məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 685,25 ABŞ dolları (1164 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə ən qısa müddətdə Xaçmaz Gömrük idarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin heç bir nümayəndəsi Xaçmaz Gömrük idarəsinə gəlməmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında’’ protokcldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********7130 nömrəli bəyanamə əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 685,25 ABŞ dolları (1164 manat) məbləğində vəsait Şəxs MMC-in Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalan”-nm 12.2-ci bəndinin tələbinə əsaəsən 180-qün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2024-cü ilin iyul ayında **********7130 nömrəli gömrük bəyannaməsi üzrə 685,25 AB$ dolları (1164 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olan “MB.FRUİTS AGRO" MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 685,25 ABŞ dolları, milli valyuta ilə 1164 (min yüz altmış dörd) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə MB.FRUİTS AGRO” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Xaçmaz Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə1 izahatında bildirmişdir ki, Şəxs ixrac etdiyi mallar ilə bağlı raport daxil olub qaytarılmayan vəsait orda, dəqiq olaraq manat ekvivalentində 1164 manat, dollar ekvivalentində 685 dollar 25 sent ekvivalentində qaytarılmayan vəsait ilə bağlı raport daxil olub, bununla bağlı tərtib olunmuş protokol, digər sənədlər ünvanına göndərilib, dəvət məktubları göndərilib, lakin iştirak etməmişdir. Bununla bağlı toplanmış materiallar sonda baxılması üçün, hüquqi şəxs olduğu üçün aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsinə göndərilib. Qeyd olunan vəsait hal-hazırda da qayıtmayıb, bu gün ki, tarix ilə çıxarış təqdim eləyə biləcəyini bildirərək həmin çıxarışı məhkəməyə təqdim edərək, 685 dollar 25 sent vəsait qaytarılmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3 maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan DGK X2 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - alğı- satqı və konsiqnasiya üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən 01 iyul 2024-cü il tarixli, **********7130 saylı bəyyanamə üzrə ixrac edilmiş pul vəsaiti MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. DGK X2 Sistemi informasiya resursunun Əməkdaşlıq bölməsinin XİF axtarış yarımbölməsinə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 21 yanvar 2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 2 X5r, fəaliyyəti hal-hazırda aktivdir. Mərkəzi Bankın rəsmi internet səhifəsinə həyata keçirilmiş baxış zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının 02 mart 2024-cü il tarixdə xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülletenində göstərilmiş 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir. 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin 1,70 manat olmasını nəzərə alaraq, qeyd olunan tarixə 685 (altı yüz səksən beş) ABŞ dolları və 0,25 (iyirmi beş) sent milli valyutaya nisbətdə 1164 (bir min yüz altmış dörd) manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, xətanın törədilmə müddətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129,130 və 483-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan 685,25 ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, 205,5 ABŞ dolları məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-604/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-604/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver