Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-61/2023 10.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1963-cü ildə Quba rayonunun Şuduq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, C.Əzizov küçəsi ev 6-da qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi üzrə toplanmış sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 27 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində X4 yumruqla vurmuşdur. Məhkəmə iclasında izahat vermiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, Şəxs həkim işlədiyi Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd tibb məntəqəsində X6 ilə aralarında sonuncunun uşağına peyvənd vurulması ilə bağlı yaranmış mübahisə zamanı Şəxs Famil Hüseynovu yumruqla vurmuşdur. Zərərçəkmişin ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərmişdir ki, o, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd tibb məntəqəsində həkim-pediatr işləyir. 27 sentyabr 2022-ci il tarixdə tibb məntəqəsində əhaliyə tibbi yardım göstərərkən həmin kənd sakini olan zərərçəkmiş şəxs Famil Hüseynova azyaşlı uşağını peyvənd olunması üçün məntəqəyə gətirməsini demişdir. Famil Hüseynov arvadı və azyaşlı uşağı ilə tibb məntəqəsinə, onun iş otağına gəlmişlər. F.Hüseynov uşağının peyvənd olunmasına etiraz etmiş, o, peyvəndin əhəmiyyəti barədə uşağın valideynlərinə məlumat vermiş, etirazlarını uşağın inkişaf tarixinə qeyd etmələrini xahiş etmiş, lakin valideynlər buna da etiraz etmişlər, o, Familə və arvadına daha çıxıb getmələrini demişdir. Famil Hüseynov otaqdan çıxmış, bir qədər sonra geriyə qayıdaraq onu söymüş, ralarında sözlü mübahisə yaranmış və nəticədə o, əsəbiləşərək F.Hüseynovu yumruqla vurmuşdur. Həmçinin bildirmişdir ki, o, özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır, o, gərək, belə bir hərəkətə yol verməzdi. Hazırda zərərçəkmişlə barışmışlar. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs onun yaşadığı Köhnə Xaçmaz kənd tibb məntəqəsində həkim işləyir. 27 sentyabr 2022-ci il tarixdə, səhər saat 10 radələrində Şəxs onun mobil telefonuna zəng edərək onun on bir aylıq övladını peyvənd olunması üçün tibb məntəqəsinə gətirməsini demiş, o, həmin tarixdə, saat 12 radələrində arvadı Aytən ilə həmin tibb məntəqəsinə getmişdir. Tibb məntəqəsində həkim Şəxs iş otağında olarkən o, uşağının peyvənd edilməsini istəmədiyini demiş, Şəxs isə uşağın peyvənd olunmasından qorxması üçün heç bir əsas olmadığını bildirmişdir. Bundan sonra o, uşağının peyvənd olunmasına razılıq verərək peyvənd olunması barədə arayış verməsini demiş, bununla bağlı aralarında sözlü mübahisə yaranmış, sonra isə Şəxs onun üzərinə gələrək sol qabırğa nahiyəsinə iki dəfə yumruq vurmuşdur. Hazırda onlar barışmışlar, onun barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Xaçmaz rayon şöbəsinin 01 oktyabr 2022-ci il tarixli, 531 nömrəli ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – döş qəfəsinin sol nahiyəsinin qançırı bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti, qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair 30 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta üzrə işə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqlarından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: xx.xx.1963-cü ildə Quba rayonunun Şuduq kəndində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə başlanmış icraata həmin Məcəllənin 53.1.9 cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-61/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-61/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver