Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-613/2020 11.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İnzibati xəta protokolunu tərtib etmiş şəxs Kərimli Şəhriyar Mönsüm oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri A.Cəbrayılov küçəsi ev 20-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Xaçmaz rayonu Vəlvələçay polis postundan özünü Tural Məhərrəmov adlı şəxs kimi təqdim etməklə yaşayış yerini icazəsiz tərk etməklə karantin rejim qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx xxxx 2020ci il tarixdə saat 16 radələrində Xaçmaz rayonu Vəlvələçay polis postundan özünü Tural Məhərrəmov adlı şəxs kimi təqdim etməklə yaşayış yerini icazəsiz tərk etməklə karantin rejim qaydalarını pozmuşdur. Məhkəmədə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Xaçmaz rayonu Vəlvələçay polis postundan özünü Tural Məhərrəmov adlı şəxs kimi təqdim etməklə yaşayış yerini icazəsiz tərk etməklə karantin rejim qaydalarını pozmuşdur. Əlavə olaraq bildirdi ki, törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ Q və ŞVQ inspektoru vəzifəsində işləyən X1 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Xaçmaz rayonu Vəlvələçay polis postundan özünü Tural Məhərrəmov adlı şəxs kimi təqdim etməklə yaşayış yerini icazəsiz tərk etməklə karantin rejim qaydalarını pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Səlimov X3 xx xxxx 2020-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-613/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-613/2020
11.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver