Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-616/2024 13.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Quba rayonunun Xucbala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Quba rayonunun Xucbala kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonunun Qobuqırağı kəndi Yeni planlar ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 11 may 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz rayonu X11ndə yaşayan Babək Qurbanovun 102 xidmətinə etdiyi müraciət ilə əlaqədar Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Xaçmaz rayonunun Qobuqırağı kəndi Yeni planlar ünvanından araşdırma aparılmasından ötrü polis şöbəsinə dəvət edilərkən sonuncu sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə şöbəyə getməkdən imtina etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 göstərdi ki, Şəxs 11 may 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz rayonu X11ndə yaşayan X9 Abdullayev tərəfindən döyülməsi barədə 102 xidmətinə etdiyi müraciət ilə əlaqədar o və digər polis əməkdaşları tərəfindən yaşadığı Xaçmaz rayonunun Qobuqırağı kəndi Yeni planlar ünvanından araşdırma aparılmasından ötrü polis şöbəsinə dəvət edilərkən sonuncu sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə şöbəyə getməkdən imtina etmiş, tərəflərindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, Quba rayonunun Xucbala kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvana köçdüyü vaxtdan qonşuları Kazım və Babək onunla ədavət apararaq onu və ailəsini teztez narahat etmişlər. 11 may 2024-cü il tarixdə axşam saatlarında qonşuları Kazım və Babəklə aralarında münaqişə baş vermiş və həmin şəxslərin 102 xidmətinə etdikləri şikayətlə əlaqədar Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək qonşularının şikayəti ilə əlaqədar onlarla polis şöbəsinə getməyi təklif etmişlər. Həmin vaxt o, sərxoş olmaqla əsəbi olduğundan mübahisə yaradıb nalayiq ifadələr işlətməklə polis şöbəsinə getməkdən imtina etmiş, polis əməkdaşları ona hüquqazidd hərəkətlərinə görə iradlarını bildirərək nizam-intizama dəvət etdikdə polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Xaçmaz rayon Polis Şöbəsin aparmışlar. Hərəkətlərindən peşmandır. Məhkəmədə şahid qismində izahat verən Xaçmaz rayon X6 Bölməsinin baş təhqiqatçısı X7 göstərdi ki, 11 may 2024-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat İstintaq qrupunun tərkibində xidmətdə olarkən saat 19:49 radələrində Xaçmaz rayonu X11, İslam Səfərli küçəsində yaşayan X3 qonşusu Elvin tərəfindən döyülməsi barədə DİN-nin 102 xidmətinə məlumat daxil olmuşdur. Məlumata əsasən o, polis sahə rəisi, polis mayoru Ceyhun Sədullayev və sürücü polis nəfəri Faiq Şıxıyevlə birlikdə qeyd olunan ünvana getmişlər. Qeyd olunan ünvanda Babək Qurbanovdan başqa bir neçə nəfər qonşu küçəyə toplaşmışdır. Həmin qonşular onlarla qonşuluqda yaşayan Şəxs mütəmadi olaraq spirtli içki qəbul edib küçədə nalayiq ifadələr işlətdiyini, uşaqlarla nalayiq sözlərlə ünsiyyət qurduğunu, bu səbəbdən də ailələrini evdən bayıra buraxmadıqlarını bildirmişlər. Həmin vaxt Şəxs mobil telefonu küçə qapısının üzərində yazılı olduğu üçün onlar ona zəng vuraraq küçəyə dəvət etmişlər. Elvin küçəyə çıxan kimi ətrafda qonşular olmasına baxmayaraq nalayiq söyüşlərlə danışdığı üçün onlar onu nizam intizama dəvət etmişlər. Ancaq buna baxmayaraq Elvin sərxoş vəziyyətdə onların qanuni tələblərinə məhəl qoymayaraq onların da ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar Elvini polis şöbəsinə dəvət etsələr də o, bundan imtina edərək öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün həmin şəxsi polis şöbəsinə gətirmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 11 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan 11 may 2024-cü il tarixli, 71 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs qeyd olunan tarixdə tibbi müayinədən keçmiş və onda yüngül dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs xətaya sərxoş vəziyyətdə yol verməsini və səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 11 may 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 may 2024-cü il tarixdə saat 23:50 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 11 may 2024-cü il tarixdən saat 23:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 12 (on iki) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 11 may 2024-cü il tarixdən saat 23:50-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-616/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-616/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver