Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-619/2025 01.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X5 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon Polis Şöbəsi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 05 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. 05 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 12:00 radələrində Xaçmaz rayonu, Yeni Həyat qəsəbədində qəbirstanlığın yaxınlığında X3 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X9 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Sumqayıt şəhər sakini X4 tərəfindən müraciət daxil olmuşdur. O, müraciətində xx.xx.2024-cü il tarixində keçmiş kürəkəni Şəxs onu döyməsini bildirmiş və bu döymə ilə bağlı Şəxs barəsində heç bir tədbir görülməməsindən narazı olaraq DİN-nə mürcaiət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz RPŞ-nin İB-nin xx.xx.2025-ci il tarixində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə toplanmış materiallar baxılması üçün xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Lakin məhkəmə işin DİN-nin səlahiyyətlərinə aid olduğundan material geri qaytarılmışdır. Bundan sonra zərərçəkmiş Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə ərizə vermək üçün Xaçmaz RPŞ-nə dəvət olunmuş və o, hazırda şikayət və tələbinin olmadığını keçmiş kürəkəni Şəxs inzibati məsuliyyətə cəlb olunmasına ehtiyac görmədiyini və Novruz bayramından sonrakı iş günlərində Polis Şöbəsinə gələrək barışıq üçün ərizə verəcəyini bildirmişdir. O, 8 ildir ki, həmin ərazidə xidmətdədir və həmin bu ailəni yaxşı tanıyır. Ziyalı ailədir. Barələrində heç bir şikayət və nöqsan aşkar edilməmişdir. İstintaqın qərarına əsasən döymə olmuşdur. Zərərçəkmiş də etiraf edir ki, Yaqub onu döyüb. Lakin Şəxs həmin günü döymə olmadığını bildirərərk, zərərçəkmişin özündən uydurduğunu bildirmidir. Hadisə Yeni-Həyat qəsəbəsi ərazisində olmuşdur. Həmin ərazidə video görüntü olan kameralar yoxdur. Hər iki tərəf digər yuxarı instansiyalara müraciətlər etmişdir. O, sahə rəisi olaraq onların barışığa gəlmələri üçün çox cəhd göstərmişdir. Lakin aralarında mübahisə olduğuna görə məhkəməyə gətirmək məcburiyyətində qalmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixində o, kənddə olan dükana gedərkən, yolda qarşı tərəf onun qarşısına çıxmışlar. Keçmiş qaynanası, qaynı və öz oğlunu maşında görmüşdür. Bildiyiniz kimi həyat yoldaşı ilə ayrılmışlar və iki uşaqdan biri onun digəri isə anasının himayəsindədir. Uşağı maşında görmüş və onlara yaxınlaşıb iki qardaşın bir-biri ilə görüşməsi ilə bağlı müraciət edən zaman, keçmiş həyat yoldaşı Aysel maşından düşərək telefon vasitəsi ilə video çəkməyə başlamışdır. O, qaynına “ sənin kişiliyin çatmır ki, bu iki qardaşı bir biri ilə görüşməsinə şərait yaratmadın” deye ifadə işlətmişdir. Onlar bundan sonra ona hücum etmiş və ona yumuruqla vurmuşlar. O, onlardan ayrılıb evinə gəlmiş, daha sonra bacısıyla xəstəxanaya getmişdir. Onu ekspertizaya göndərmişlər. Həmin hadisədən təxminən 1 saat sonra qaynanası 15:00- 16:00 radələrində onun evinə getmişdir. O, isə həmin vaxt xəstəxanada olmuşdur. Lakin qaynanası onu vurduğunu iddia edir. O, isə qaynanasını vurmamışdır. Belə ki, həmin gün qarşılaşdıqları vaxt saat 12:30-da “OBA” Marketin qarşısında olmuş, 12:40-da isə oradan uzaqlaşmışdır. Saat 12:45-də artıq evdə olmuşdur. O, evə gələndikdən sonra 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, hadisə günü o, evdə olmuşdur. Saimat xanım isə saat təxminən 15:00 radələrində onlara gəlmişdir. O, onlara gələndə üzündə hər hansı bir döymə izləri olmamışdır. Bu barədə onun telefonunda video görüntülər vardır. Məhkəməyə təqdim edə bilər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin hadisənin baş verməsi ilə bağlı fakt olmalıdır ki, iş materiallarında Şəxs keçmiş qaynanası X3 döyməsi ilə bağlı hər hansı bir mötəbər sübut öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İş materiallarına əlavə edilmiş 05 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 12:00 radələrində Xaçmaz rayonu, Yeni Həyat qəsəbədində qəbirstanlığın yaxınlığında X3 döymüşdür. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Hüquqi Şəxsi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli, 465 saylı Ekspert Rəyindən müəyyən olunur ki, 1964-cü il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ bazu nahiyyəsinin qançır və üst dodağın selikli qişasına qansızma bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 06 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə mövqeyini onunla əsaslandırır ki, məhkəmə iclas zalında şahid qismində dindirilən X7 tərəfindən məhkəməyə təqdim olunmuş 1 ədəd audio-video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs keçmiş qaynanası X4 hadisənin baş verdiyi tarixdə (06 sentyabr 2024-cü il, saat 12:00) saat 15:00 radələrində Şəxs yaşadığı ünvana getmişdir. Lakin videogörüntüdən görünür ki, həmin vaxt X2 üzərində AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Hüquqi Şəxsi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli, 465 saylı Ekspert Rəyində göstərilmiş xəsarətlər olmamışdır. Bundan əlavə məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X9 izahatında X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qarşı hər hansı bir şikayətinin və tələbinin olmamasını bildirmiş, habelə məhkəmə tərəfindən X4 ilə əlaqə saxlanılaraq həqiqətən də sonuncuya qarşı şikayətinin və tələbinin olmaması öyrənilmişdir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 157-ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-619/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-619/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver