Məhkəmə qərarları › İş №3(067)-627/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-627/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-627/2024 30.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 X10 yol nəqliyyat hadisələri baş inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 2002-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin 327.8-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 17 aprel 2024-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi özünə məxsus “Opel” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, N. Nərimanov küçəsi ilə 60 km/saatla hərəkətdə olub ötmə əməliyyatı apararkən qarşısında hərəkətdə olan “X12 Prado” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə toxunduqdan sonra yolun kənarında saxlanılmış vəziyyətdə olan “Vaz-2106” markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, “Vaz-2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil də zərbə nəticəsində qarşısında saxlanmış vəziyyətdə olan “Kia” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və “Kia” markalı, **-EP- *** dövlət qeydiyyat nişanlı avtomobilin də qarşısındakı “Vaz-2107” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsi nəticəsidə zəncirvari yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Vaz-2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1977-ci il təvəllüdlü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 X10 yol nəqliyyat hadisələri baş inspektoru X6 protokolda göstərilənlərə uyğun çıxış edərək izahatında göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının qarşısında Şəxs özünə məxsus Opel markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla 60 km\saatla hərəkət edərkən sürət həddini aşmış və nəticədə 5 avtomobilə dəyərək zəncirvari qəzaya səbəb olmuşdur. Qəza nəticəsində 1 nəfər şəxs xəsarət almış, digər avtomobillərə isə ciddi ziyan dəymişdir. 23 aprel 2024-cü ildə tarixdə Xaçmaz rayon Polis Şöbəsinin TB-də araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi yaranmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsini 327.8-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törədilmiş xətada özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, qəzada tam olaraq günahkar deyil. Onun qarşısına çıxan avtomobilin sürücüsü də günahkardır. 17 aprel 2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində özünə məxsus Opel markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə 60 km\saatla hərəkət edərkən qarşısında hərəkətdə olan Prado markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ tərəfinə dönmək istəyərkən o, da avtomaşınlar toqquşmasın deyə maşınını sükanını sağ tərəfə çəkib əyləcə basmış, ancaq avtomobili Prado markalı avtomobilin sağ hisəsinə sürtüldükdən sonra qarşıda yolun kənarında saxlanılmış vəziyyətdə olan dövlət qeydiyyat nişanını görmədiyi VAZ-2106 markalı avtomobilin arxa hisəsinə çırpılmışdır. VAZ-2106 markalı avtomaşın da qarşısında saxlanılmış Kia markalı avtomaşına toxunmuşdur. Kia markalı avtomaşın da öz növbəsində qarşısında saxlanılmış VAZ-2107 avtomaşına toxunmuşdur. Bu zaman zəncirvari qəza baş vermişdir. Bu hadisədə özünü qismən təqsirli bilir, çünki Prado markalı avtomobil qarşısına çıxmasaydı o, qəza törətməzdi. Xətasını bilir, maşınını manevr edərək saxlaya bilərdi, lakin maşında sürət həddi olduğundan edə bilməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə 23 aprel 2024-cü il tarixli qərar, tərtib edilmiş 06 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə təmamilə təsdiq olunur. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 aprel 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Xaçmaz rayon X8 Yol Polisi bölməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 18 aprel 2024-cü il tarixli, 165 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1977-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər – sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası və sol göz ətrafının qançırı bərk küt əşya təsirindən törənməklə 17 aprel 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesa edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar