Məhkəmə qərarları › İş №3(067)-628/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-628/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-628/2022 15.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X3 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin 11.03.2022-ci il tarixli MN №1121395 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X5 məhkəməyə müraciət edərək bildirmişdir ki, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər Şöbəsi tərəfindən tərtib olunmuş 11.03.2022-ci il tarixli MN №1121395 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 253-2-ci maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İnzibati qərarın ləğv edilməsini xahiş edir. Ərizə onunla əsaslandırılmışdır ki, 11.03.2022-ci il tarixdə Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 234.0.5 və 253-2-ci maddələrində nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə, barəsində 2000 manat məbləğində cərimə edilmiş, haqqında tənbeh növü tətbiq edilib. 11.03.2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. 03.02.2022-ci il tarixdə Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 və onun Mahir adlı işçisi ilə ona yaxınlaşaraq heç bir əsas sübut olmadan güya yol kənarına tullantılar atdığıı və onları yandırarkən şam ağacınıda məhv etdiyini bildirdilər. Halbu ki, həmin zaman o, ərazini zibillərdən təmizlədiyini və kol kosdan azad etdiyini orda olan ağaclara onun tərəfindən qulluq olunması, budanıb əhənğlənməsini başa salmışdır. Bundan sonra onlar ona heçnə demədən bildirdilər ki, onun həmin ağaclara qulluğ etməsi barədə ərizə yazdırdılar. Lakin heç bir protokol və yaxud qərar ona təqdim olunmayıb. 2022-ci ilin mart ayında ona məktub gələndən sonra başa düşmüşdür ki, Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 onun qulluğ etdiyi ağaclara görə onu cərimə edib. Hesab edir ki, Xaçmaz rayon 5 saylı Reğional Ekologiya və təbii Sərvətlər İdarəsinin rəisi X4 inzibatı tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Həmin qərar ləğv edilməlidir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 253-2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta barədə tərtib edilmiş qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahatında göstərmişdir ki, şikayət etmiş şəxs X5 yol kənarında tullantılar atdığıı və onları yandırarkən şam ağacınıda məhv etmişdir. Şikayəti əsassız hesab edərək təmin edilməməsini xahiş edir. Şikayət etmiş şəxs X5 məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram ünvanlayaraq işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, 03.02.2022-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospekti ərazisində ərazini zibillərdən təmizləyərək həmin ağac budaqları və kol-kosu yandırmışdır. Onun tərəfindən ərazidə əkilmiş heç bir ağac yandırılmamışdır. Əksinə həmin ərazidə yerləşən S.Ələskərov küçəsində hər iki tərəfdən, yol kənarında 100 metr məsafədə onun tərəfindən ağaclar əkilmişdir və 8 ildir ki, həmin ağaclara qulluq edir. Odur ki, barəsində tərtib olunmuş 11 mart 2022-ci il tarixli qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbəh verilməsi haqqında 11.03.2022-ci il tarixli MN №1121395 saylı qərarından müəyyən olunur ki, X5 Azərbaycan Respublikasının İXM-nin nin 234.0.5 və 253-2-ci maddələrinin tələblərini pozduğuna görə 2000 (iki min) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan 11.02.2022-ci il tarixli Aktdan müəyyən olunur ki, 11.03.2022-ci il tarixli MN №1121395 saylı protokola əsasən Xaçmaz şəhəri Bakı prospektində X5tərəfindən törədilmiş yanğın nəticəsində alovun təsirinə məruz qalmış 1 ədəd şamağacının bioloji durumu və inkşaf vəziyyətinin müəyyənləşdirilməsi üçün baxış keçirilmiş, baxış zamanı sözügedən şam ağacının alovun təsirindən inkşaf səviyyəsindən qalma dərəcəsinədək zədələnməklə qoruyaraq bioloji inkşafdan qaldığı müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 11.03.2022-ci il tarixli MN №1121395 saylı qərarın əsassız olmasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən, akt və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 253-2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.i Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilə Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar