Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-628/2025 01.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyən etdi: Xaçmaz rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in510cumaddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 01 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində mühafizə polisinin qarşısında ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə hesab edir ki, materiallar baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-in 43.2-ci maddəsinə əsasən, bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə həm də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Həmin Fərmanın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ həmin Fərmanla həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-in510-cu maddəsi ilə materiallar Xaçmaz Rayon Məhkəməsinə göndərilərkən protokol tərtib etməyə səlahiyyəti müəyyən edilmiş Xaçmaz rayon Polis Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbehin verilməsinin qeyri-mümkünlüyü qərardadla əsaslandırılmalıdır. Əgər materiallarda şəxs barəsində həbs inzibati tənbehin tətbiqi zəruriliyi aşkara çıxarsa, bu halda toplanmış materiallar məhkəməyə göndərilməlidir. Lakin, Xaçmaz rayon Polis Şöbəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında həbs inzibati tənbehin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsi barədə qərardad qəbul etmiş və bunu əsaslandırmamışdır. Bununla da, məhkəmə hesab edir ki, inzibati işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın əsaslandırılmaması aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması da mümkün deyildir. İXM-nin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 100 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 01 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-628/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-628/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver