Məhkəmə qərarları › İş №3(067)-629/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-629/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-629/2020 07.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1977-ci ildə Xaçmaz rayonunun, Qaracəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Qaracəlli kəndində yaşayan Ələskərov Samir Mövlüd oğlunun Dövlət yol polisi İİ-ci tağım YPX- nin inspektoru polis baş serjantı X1 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ : Dövlət yol polisi İİ-ci tağım YPX inspektoru polis baş sercantı X2 tərəfindən Ələskərov Samir Mövlüd oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixdə TP ******* saylı qərar tərtib olunmuşdur. Ələskərov Samir Mövlüd oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət yol polisi İİ-ci tağım YPX inspektoru polis baş sercantı X1 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Ələskərov Samir Mövlüd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Ələskərov Samir Mövlüd oğluın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ələskərov Samir Mövlüd oğlu şikayəti belə əsaslandırmışdır ki, «Torpağa mülkiyyət hüququna dair CN- 0087 saylı, 30205038 kodlu Dövlət aktına əsasən mərhum atası Ələskərov Mövlüd Paşa oğlu ailə başcısı olmaqla, o da daxil olmaqla ailələrinin altı nəfər üzvünün xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qaracəlli kəndi ərazisində 4,20 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahəsinin bir hissəsində qilas bağı salmışlar. Özü də, Xaçmaz rayonunun, Qaracəlli kəndində pasport qeydiyyatındadır. Yetişdirdikləri məhsulu əsasən Xaçmaz şəhərində yerləşən «Qafqaz» Konserv Kombinatına təhvil vermişlər.xx.xx.2020-ci il tarixdə idarə etdiyi «Nissan X Trail» minik markalı ** GX *** Dövlət qeydiyyat nişanlı avtomaşınla, habelə onun idarə etdiyi avtomobildən qabaqda hərəkətdə olan «Ford Tranzit» markalı ** XK *** Dövlət qeydiyyat nişanlı avtomaşınla «Qafqaz»Konser Kombinatına meyvə apardıqları zaman, Gəndab- Yalama yolunun 32-ci kilometirliyində Dövlət yol polisi İİ-ci tağım YPX inspektoru polis baş sercantı X2 onu saxlayaraq Epidemiya əleyhinə recimin, sanitariya-gigiyena və karantin recimlərinin pozulmasına görə ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə yazmışdır. O, ona bildirmişdir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara görə kənd təsərüfatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər icazə almadan da fəaliyyət göstərə bilər. Lakin YPX-nin əməkdaşı ona əhəmiyyət verməyərək, inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Beləliklə, o ,Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara da məhəl qoymamışdır. Qeyd etmişdir ki, həmin vaxt karantin reciminə uyğun olaraq maskadan, dezinfeksiyaedici vasitələrdən də lazımınca istifadə etmiş və bununla əlaqədar ona heç bir irad bildirilməmişdir. Tərəfindən qanunda nəzərdə tutulmuş Epidemiya əleyhinə recimin, sanitariya-gigiyena və karantin recimlərinin pozulması halı verməmişdir. Ona görə də Dövlət yol polisi İİ-ci tağım YPX inspektoru polis baş sercantı X1 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Dövlət yol polisi İİ-ci tağım YPX inspektoru polis baş sercantı X1 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə ərizəçi Ələskərov Samir Mövlüd oğlunun şikayəti əsassız olduğundan təmin oluna bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən Ələskərov Samir Mövlüd oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi tam sübuta yetirilir, Dövlət yol polisi İİ-ci tağım YPX inspektoru polis baş sercantı X1 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən karantin recimi ilə əlaqədar onun ölkə ərazisində hərəkətinə icazə verilməsini təsdiq edən elektron qeydiyyat sənədi məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda məhkəmə şikayətin təmin edilməməli olduğunu hesab edir. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ələskərov Samir Mövlüd oğlunun Dövlət yol polisi İİ-ci tağım YPX inspektoru polis baş sercantı X1 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar