Məhkəmə qərarları › İş №3(067)-63/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-63/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-63/2023 17.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, X1 iştirakı ilə, X1 BDYPİ-nin xx.xx.2021-ci il tarixli, EQ-6291749 saylı elektron qərarın ləğv edilməsi və sair barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X2 məhkəməyə müraciət edərək BDYPİ-nin xx.xx.2021-ci il tarixli, EQ-6291749 saylı qərarının ləğv edilərək, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “Volksvagen Touareg” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman Bakı-Xaçmaz yolunda hərəkətdə olan zaman “Zarat” postunda YPX əməkdaşları onu saxlamışlar və xüsusi texniki vasitələrlə onun tərəfindən müxtəlif vaxtlarda bir neçə dəfə inzibati xətaların törədilməsi və barəsində elektron protokolların tərtib edildiyini bildirdilər. Onun bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Həmin gün barəsində olan bütün elektron protokollar üzrə qərarlar sistemə daxil edildi. Həmin elektron qərarlardan biri də xx.xx.2021-ci il tarixli, EQ-6291749 saylı qərardır. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Həmin qərar qanunsuz tərtib edilərkən qanunun tələbləri pozulmuşdur. Həmin qərar digər qərarlar kimi eyni gündə Zarat postunda saxlanılarkən elektron sistemə işlənilmişdir. Bu onunla təsdiq edilir ki, qərarın qarşısında 10 faiz endirimli məbləğ yazılmış, sonradan isə 1 ay keçdikdən sonra hər bir qərara görə eyni məbləğdə dəbbə pulu hesablanmışdır. Halbuki barəsində şikayət etdiyi qərar xx.xx.2021-ci il tarixdə törədilmiş inzibati xətaya görə qəbul edilmişdir. Bu vaxta qədər heç bir YPX əməkdaşı onu saxlayaraq həmin inzibati xətalar haqqında məlumat verməmiş, bububla bağlı bildiriş təqdim etməmişlər. Məhkəmə iclasında izahat vermiş X2 şikayətinin təmin olunmasını xahiş etmişdir. BDYPİ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, EQ-6291749 saylı elektron qərardan görünür ki, X2 cərimə olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə araşdırması zamanı inzibati xətanın baş verməsini sübut edən sənədlər və ya görüntülər məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. BDYPİ-nin xx.xx.2021-ci il tarixli, EQ-6291749 saylı elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar