Məhkəmə qərarları › İş №3(067)-630/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-630/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-630/2022 29.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əy yə n et di: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 28.03.2022-ci il tarixdə saat 19-00-da karantin qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması ilə əlaqədar reyd zamanı qoruyucu vasitədən istifadə etməyən və vaksinasiya olunmayan Şəxs tutulan iradları qeyri səmimi qəbul edərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Həmçinin o, əlilliyi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon PŞ İTB-nin rəisi işləyən X1 ifadəsində bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 28.03.2022-ci il tarixdə saat 19-00-da karantin qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması ilə əlaqədar reyd zamanı qoruyucu vasitədən istifadə etməyən və vaksinasiya olunmayan Şəxs tutulan iradları qeyri səmimi qəbul edərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin o, həmin vaxt polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və bir neçə polis əməkdaşını vətəndaşların gözü qarşısında alçaltmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon PŞ-nin sahə rəisi işləyən X2 ifadəsində bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 28.03.2022-ci il tarixdə saat 19-00-da karantin qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması ilə əlaqədar reyd zamanı qoruyucu vasitədən istifadə etməyən və vaksinasiya olunmayan Şəxs tutulan iradları qeyri səmimi qəbul edərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin o, həmin vaxt polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və bir neçə polis əməkdaşını vətəndaşların gözü qarşısında alçaltmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon PŞ- İTB-də polis sahə rəisi işləyən X3 ifadəsində bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 28.03.2022-ci il tarixdə saat 19-00-da karantin qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması ilə əlaqədar reyd zamanı qoruyucu vasitədən istifadə etməyən və vaksinasiya olunmayan Şəxs tutulan iradları qeyri səmimi qəbul edərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin o, həmin vaxt polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və bir neçə polis əməkdaşını vətəndaşların gözü qarşısında alçaltmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla, şahid ifadələri və iş materialları ilə tam sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 mart 2022-ci il tarixdən, saat 21:52-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar