Məhkəmə qərarları › İş №3(067)-630/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-630/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-630/2023 08.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz st. X8 Yalama st. X5 Xudat st. Xətt polis məntəqəsinin rəisi, polis polkovnik-leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1976-cı ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmuş, inzibati tənbehə məruz qalmamış, Qobustan rayonunun Nərimankənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz st. X8 Yalama st. X4 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 12 mart 2023-cü il tarixdə narkotik vasitələri qanunsuz əldə etməsi, üzərində saxlamaqla daşımaqda şübhəli olduğuna dörə Xudat dəmir yolu stansiyasının ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz st. X10 gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli pencəyin sağ içəri yan cibindən üç ədəd kağız bükümlərdə 0,268, 0,342 və 0,319 qram çəkilərdə narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz st. X8 Yalama st. X5 Xudat st. Xətt polis məntəqəsinin rəisi, polis polkovnik-leytenantı X3 göstərdi ki, Şəxs 12 mart 2023-cü il tarixdə narkotik vasitələri qanunsuz əldə etməsi, üzərində saxlamaqla daşımaqda şübhəli olduğuna dörə Xudat dəmir yolu stansiyasının ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz st. X10 gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli pencəyin sağ içəri yan cibindən üç ədəd kağıza bükülmüş vəziyyətdə 0,268, 0,342 və 0,319 qram çəkilərdə narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, 12 mart 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz rayonuna tanışının yanına gəlmək üçün Sumqayıt şəhəri dairəsində minik avtomobili gözləyərkən yerdən 03 ədəd bükülüdə narkotik vasitə marixuana tapmış və pencəyinin içəri sağ cibinə qoymuşdur. Axşam saatlarında o, Xudat dəmir yolu stansiyası ərazisində sərxoş vəziyyətdə tanışını gözləyərkən polis əməkdaşları yaxınlaşıb onu Xaçmaz st. X10 dəvət etmişlər. Polis Şöbəsində üzərinə şəxsi axtartış aparılarkən Sumqayıt şəhərində tapdığı həmin narkotik vasitə marixuana ondan aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 aprel 2023-cü il tarixli qərar, inzibati xəta haqqında 08 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizası üzrə 13 mart 2023-ci il tarixli, 7/378 nömrəli rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,268, 0,342 və 0,319 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata sərfdən sonra marixuanaların ümumi qalıq çəkisi 0,869 təşkil edir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı Şəxs əməlində cinayət əməli olmadığı müəyyən edilməklə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 aprel 2023-cü il tarixli qərardan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs üzərindən aşkar edilərək götürülmüş üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,268, 0,342 və 0,319 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana material üzrə maddi sübut kimi tanınaraq 1 ədəd zərfə qablaşdırlıb saxlanmasından ötrü Yalama st. X9 təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş üzrə maddi sübut kimi Yalama st. X7 saxlanılan, Şəxs üzərindən aşkar edilərək götürülmüş üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,268, 0,342 və 0,319 qram olmuş, tədqiqata sərfdən sonra ümumi qalıq çəkisi 0,869 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 08 may 2023-cü il tarixdən saat 15:45-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi Yalama st. X7 saxlanılan, Şəxs üzərindən aşkar edilərək götürülmüş üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,268, 0,342 və 0,319 qram olmuş, tədqiqata sərfdən sonra ümumi qalıq çəkisi 0,869 qram təşkil edən narkotik vasitə- qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar