Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-630/2025 15.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, şikayət vermiş şəxs X4, qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 mart 2025-ci il tarixli, MN №1786810 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 mart 2025-ci il tarixli, MN №1786810 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 1000 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 mart 2025-ci il tarixli, MN №1786810 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxsX5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 mart 2025-ci il tarixli, MN №1786810 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir. Qərarın surətini poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə almışdır. Aşağıda şərh olunanlara əsasən qərarla razı deyil və hesab edir ki, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında 11 mart 2025-ci il tarixli, MN № ******* saylı qərarında inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb kimi göstərilir: “Xaçmaz rayonu Xəzərli kəndi yaxınlığında lazımı icazə sənədi olmadan qanunsuz olaraq ov ilə məşğul olmuşdur. Qeyd edir ki, o və qardaşı X1 rayonu, Xəzərili kənd ərazisində sahə müvəkkili Ariz adlı şəxslə birlikdə əllərində tüfəng itən, tapa bilmədikləri iribuynuzlu heyvanlarını axtararkən çayın kənarında 3 nəfər şəxsin dayandığını görmüşlər. Lakin, onlar yenədə öz iribuynuzlu heyvanlarının axtarışına davam etmişlər. İribuynuzlu heyvanlarını tapmadıqdan sonra geri qayıdarkən bir vaxt əvvəl çayın kənarında gördükləri şəxs yaxınlaşaraq zor gücü ilə tüfəngi əlindən almış və guya qanunsuz ov etdikərini yalandan bildirmişdir. Onlar sadəcə iribuynuzlu heyvanlarını axtarmağa getmiş və hər hansı bir ov etməmişlər. Əllərində hər hansı ov şikarı olmamışdır. Bu barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindədə izahat vermişlər. Həmçinin sahə müvəkkili Ariz adlı şəxsdə onların ov etmədiklərinin şahididir. 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında 11 mart 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə ona cərimə tətbiq etməsi özbaşnalıqdır və ədalətli deyildir. Bu səbəbdən də, onun İXM-nın 272-1 -ci maddəsi ilə inzibati tənbehə məruz qalmağı əsaslı hesab edilə bilməz. Göründüyü kimi tərtib edilmiş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanuni və əsaslı deyildir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X5 şikayət ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, onun bir baş inəyi itmişdir. Daha sonra ona xəbər gəmişdir ki, itmiş heyvan aşağı kənddədir. Ərazi müvəkkili Ariz və qardaşı ilə birlikdə axşam saatlarında heyvanı axtarmağa getmişlər. Maşında Ariz adlı şəxsə məxsus tüfəng olmuş, heyvanı axtarmağa gedərkən tüfəngi də özü ilə götürmüşdür. Sonra ekologiya əməkdaşları gələrək onun əlində tüfəngi görərək, əlindən almışlar. Ov üçün getməmiş və ov məqsədi olmamışdır. Heyvanını axtarmağa getmişdir. Axşan vaxtı olduğuna görə iki tüfəng götürmüşlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, idarənin əməkdaşları sözügedən ərazidə olarkən, çöl heyvanlarının izlənilərək atəş açıldığını müşahidə etmişlər. Həmin vaxt hadisə yerində 3 nəfər olmuşlar. Onlardan ikisi, yəni iki qardaş qanunsuz ov ilə məşğul olmuşlar. 3 nəfərdən iksinin içi dolu potronla ov tüfəngi olmuşdur. Tüfənglərdən biri sahə müvəkkilinə, digəri isə özlərinə məxsus olmuşdur. Hadisə yerində izahat verməyərək, bir gün sonra idarəyə gələrək izahat vermişlər. Sahə müvəkkili izahatında həmin vaxt orada olmadığını, tüfəngi dostu Rahibə verdiyini bildirmişdir. Heçnə ovlaya bilməsələr də ora ov məqsədi ilə getmişlər. Məhkəmə barəsində inzibati qərar çıxarılmış şəxsin və inzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 mart 2025-ci il tarixli, MN №1786810 saylı inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, vəzifəli şəxs qismində X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; -134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; -134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; -134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; -134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5- ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmənin gəldiyi nəticə: “Ovçuluq haqqında” Azərbaycan Respublikası qanunun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin qanunun 1.0.6-ci maddəsinə əsasən ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələridir. Həmin qanunun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Qeyd olunan qanunun 20-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə qadağan edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, maddənin lazımi icazə olmadan müddəasının məzmununun izahı “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Ovçuluq haqqında” Qanun) müvafiq maddələrində verilmişdir. Belə ki, həmin Qanunun 5.2-ci maddəsində ovçuluq fəaliyyətinin subyektləri sırasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ov etmək hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq təsərrüfatları və ovçular cəmiyyətləri aid edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan əməlləri törədən şəxslərə münasibətdə inzibati tənbeh tətbiq edilərkən, tətbiq edilən inzibati tənbehin törədilən inzibati xətanın xarakterinə mütənasibliyi, məsuliyyətin və inzibati tənbehin fərdiləşdirilməsi prinsiplərinin tələblərinə uyğun olaraq inzibati xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən halların, ov qaydalarının pozulması dərəcəsinin, inzibati xətanın törədilməsində təqsirli hesab edilən şəxsin inzibati xətanı törədənədək və törətdikdən sonrakı hərəkətlərini xarakterizə edən halların nəzərə alınması mütləqdir. Məhkəmə hesab edir ki, X4 Xaçmaz rayonunun Xəzərli kəndi yaxınlığına digər şəxslərlə birlikdə getməsi, əlində ov tüfənginin olması, həmin tüfənglərdə patronların olması və digər xüsusatlar məhz onun lazımi icazə sənədi olmadan ov etmək niyyətini göstərir. İnzibati xəta haqqında işə baxılarkən X4 Xaçmaz rayonunun Xəzərli kəndi yaxınlığında lazımi icazə sənədi olmadan ov etməsini iş materiallarında olan fotoşəkillə, inzibati xəta haqqında protokol və 25 fevral 2025-ci il tarixli 90085 saylı aktla öz təsdiqini tapır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən işin halları kifayət qədər araşdırıldığından və X4 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla təsdiqini tapdığından, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 mart 2025-ci il tarixli, MN №1786810 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 manat məbləğində inzibati cərimə təyin edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 mart 2025-ci il tarixli, MN №1786810 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-630/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-630/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver