Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-631/2025 24.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X5 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ X4 Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X5 şikayətində göstərilənləri təsdiq edərək bildirdi ki, itmiş heyvanın Xaçmaz rayonu Qaracəlli kəndində olması ilə bağlı xəbər aldıqdan sonra yırtıcı heyvanlardan özünü müdafiə etmək məqsədi ilə özünə məxsus mülkiyyətində olan ov tüfəngini götürərək kəndə getmişdir. Həmin vaxt silahdan istifadə etməmişdir, əlində ovlanmış hər hansı bir qanunla ov edilməsi qadağan edilmiş hər hansı bir heyvan olmamışdır, düzdür o, həmin silahdan istifadə etmə qaydalarını düzgün riayət edə bilməz və bunda cəriməsinin 50 neçə manat olduğunu və həmin cəriməni yazmaq olardı, ancaq ekologiya işçiləri həmin vaxt onu saxlayaraq 1000 manat cərimə etmişlər. Ona görə də o, qeyd olunan cərimə ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Sədrlik edən ekologiyanın nümayəndəsinin Ramil Hüseynov tərəfindən yazılmış olan ifadəsini elan edərək ərizə ilə bağlı soruşduqda Ramin Hüseynov özünün savadsız olduğunu və ekologiyanın əməkdaşı tərəfindən dediklərini ərizəsinə qeyd etdiyini bildirərək məsuliyyətdən azad olmaq istəmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, qeyd olunan tarixdə qanunsuz ov edilməsi ilə bağlı ərazidə reydə olduqları zaman tək qərardan şikayət vermiş şəxs yəni Ramin Hüseynov yox onunla birlikdə onun qardaşı və bir neçə nəfər idilər, 4-5 nəfər olublar. Bunlardan ikisində tüfəng var idi, o, biri bunun qardaşı Rahib idi ona da cərimə yazmışlar, o, da məhkəməyə vermişdi bu məsələ ilə bağlı, ancaq bunun hazırki məhkəmə ilə aidiyyətinin olub-olmamasını deyə biləmz. Keçən həftə məhkəməsi idi, iş ekologiyanın xeyrinə həll olunmuşdur. Deməli bu şəxslər çöl ərazisidir ekologiyanın əməkdaşları atəş açdıqlarını uzaqdan müşahidə etmişlər, birində dolu patron var idi tüfəngdə, hazırki iş üzrə qərardan şikayət vermiş şəxs Ramin Hüseynov isə həmin vaxt qardaşından uzaqda idi, birincidən tüfəngi götürəndə Ramin uzaqdan müşahidə elədi tüfəngini tez sındıraraq gilizləri tüfənginin içərisindən çıxarmışdır. Onlar faktiki olaraq uzaqdan atəş açdıqlarını müşahidə etmişlər səsləri də var, foto şəkillər də var idi, o, onları keçən məhkəmədə hakimə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan inzibati tənbeh verilməsi haqqında 11 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından müəyyən olunur ki, X5 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinin tələblərini pozduğuna görə 1000 (bir min) manat inzibati cərimə edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarından görünür ki, X2 ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə qanunsuz ov ilə məşğul olmasını səmimi etiraf etmiş və bir daha daha bu cür əməllərə yol verməyəcəyinə söz vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və X7 inzibati tənbeh vermə haqqında 11 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar, akt və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 inzibati xəta törətməsi sübuta yetirilir və mübahisələndirilən qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X4 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 11 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-631/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-631/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver