Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-632/2021 28.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 03 oktyabr 2020-ci il, 04 oktyabr 2020-ci il və 08 oktyabr 2020-ci il tarixlərdə «VAZ 21065» markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan 03 oktyabr 2020-ci il tarixli, EQ 4546629, 04 oktyabr 2020-ci il tarixli, EQ ******* və 08 oktyabr 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən protokol üzrə 10, 10 və 10 manat məbləğlərində cərimə olunması barədə qərarlar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərarlarla tanış olaraq qərarların, protokolların surətlərini və cərimə bildirişlərini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarların qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarları icra etməmişdir. Bu barədə Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis kapitanı X1 tərəfindən 31 mart 2021-ci il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xaçmaz rayon X2 X3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib olunmuş 03 oktyabr 2020-ci il tarixli, EQ 4546629, 04 oktyabr 2020-ci il tarixli, EQ ******* və 08 oktyabr 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimə və dəbbə pullar daxil olmaqla ümumilkdə 48 manat məbləğində pulu hazırda tam şəkildə ödəmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Şəxs 03 oktyabr 2020-ci il tarixli, EQ 4546629, 04 oktyabr 2020-ci il tarixli, EQ ******* və 08 oktyabr 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10, 10 və 10 manat məbləğlərində cərimə olunmuşdur. İş materiallarında olan 31 mart 2021-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 03 oktyabr 2020-ci il tarixli, EQ 4546629, 04 oktyabr 2020-ci il tarixli, EQ ******* və 08 oktyabr 2020-ci il tarixli, EQ ******* saylı qərarlar qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə onun barəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 10 iyun 2020-ci il tarixli, 779104508, ********* və ********* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimə və dəbbə pulları daxil olmaqla 48 manat pulu tam şəkildə ödəmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs 03 oktyabr 2020-ci il tarixli, EQ 4546629, 04 oktyabr 2020-ci il tarixli, EQ ******* və 08 oktyabr 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cərimələri ödədiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsini duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-632/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-632/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver