Məhkəmə qərarları › İş №3(067)-632/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-632/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-632/2022 30.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1970-ci ildə Xaçmaz rayonunun Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmuş, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Armudpadar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 1(067)-149/2019 saylı, 18.12.2019cu il tarixli icra sənədinə əsasən maddi ziyan olan 68996.01 (altmış səkkiz min doqquz yüz doxsan altı manat bir qəpik) manat pulun təqsirləndirilən şəxs Şəxs alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə, iş üzrə ekspertiza xərci olan 469 (dörd yüz altmış doqquz) manat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi təmin edilməlidir. Bundan başqa Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1573/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 70000 (yetmiş min) ABŞ dolları məbləğində borc pul ödənişinin Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun dəyərinin alınaraq X6 verilməsi təmin edilməlidir. Bundan başqa Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1131/2020 saylı, 02.06.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 100000 (bir yüz min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun alınaraq X2 verilməsi təmin edilməlidir. Bundan başqa Xaçmaz rayonu 1 saylı Notariat ofisi tərəfindən verilmiş 8İ-8175 saylı, 04.08.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 300000 (üç yüz min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat pulun alınaraq X2 verilməsi təmin edilməlidir. Bundan başqa Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1330/2021 saylı, 21.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 795.04 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi, 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi təmin edilməlidir. Bundan başqa Xaçmaz rayon Məhkəməsi tərəfəfindən verilmiş 2(067)-810/2020 saylı, 02.06.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 60000 (altmış min) ABŞ dolları pulun tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin 30 manat dövlət rüsumunun alınaraq X2 verilməsi təmin edilməlidir. Lakin borclu Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 göstərdi ki, Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 1(067)-149/2019 saylı, 18.12.2019-cu il tarixli icra sənədinə əsasən maddi ziyan olan 68996.01 (altmış səkkiz min doqquz yüz doxsan altı manat bir qəpik) manat pulun təqsirləndirilən şəxs Şəxs alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə, iş üzrə ekspertiza xərci olan 469 (dörd yüz altmış doqquz) manat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, bundan başqa Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1573/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 70000 (yetmiş min) ABŞ dolları məbləğində borc pul ödənişinin Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun dəyərinin alınaraq X6 verilməsi, bundan başqa Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1131/2020 saylı, 02.06.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 100000 (bir yüz min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun alınaraq X2 verilməsi, bundan başqa Xaçmaz rayonu 1 saylı Notariat ofisi tərəfindən verilmiş 8İ-8175 saylı, 04.08.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 300000 (üç yüz min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat pulun alınaraq X2 verilməsi, bundan başqa Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1330/2021 saylı, 21.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 795.04 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi, 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi, bundan başqa Xaçmaz rayon Məhkəməsi tərəfəfindən verilmiş 2(067)-810/2020 saylı, 02.06.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 60000 (altmış min) ABŞ dolları pulun tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin 30 manat dövlət rüsumunun alınaraq X2 verilməsi təmin edilməlidir. Qeyd olunan icra sənədləri üzrə borclu eyni şəxs olduğu üçün İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə əsasən ümümi icraatda birləşdirilmişdir. İcra sənədlərinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilməsinə və o, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq keçən müddət ərzində çox hallarda çağırışlara gəlməkdən yayınmaqla və ödəniş etməməklə icra sənədlərini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs Həsnpaşa oğlunun qeyd olunan icra səndləri üzrə bu günə 691260 manat borcu vardır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 1(067)-149/2019 saylı, 18.12.2019-cu il tarixli icra sənədinə əsasən maddi ziyan olan 68996.01 manat pulun ondan alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə, ekspertiza xərci olan 469 manatın isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, bundan başqa Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1573/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinə əsasən ondan 70000 ABŞ dolları məbləğində borc pul ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun dəyərinin alınaraq X6 verilməsi, bundan başqa Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1131/2020 saylı, 02.06.2020-ci il tarixli icra sənədinə əsasən ondan 100000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq X2 verilməsi, bundan başqa Xaçmaz rayonu 1 saylı Notariat ofisi tərəfindən verilmiş 8İ-8175 saylı, 04.08.2021-ci il tarixli icra sənədinə əsasən ondan 300000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun alınaraq X2 verilməsi, bundan başqa Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1330/2021 saylı, 21.05.2021-ci il tarixli icra sənədinə əsasən ondan 795.04 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi, 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi, bundan başqa Xaçmaz rayon Məhkəməsi tərəfəfindən verilmiş 2(067)-810/2020 saylı, 02.06.2020-ci il tarixli icra sənədinə əsasən ondan 60000 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun alınaraq X2 verilməsi qərara alınmışdır. Biznes fəaliyyətində ziyana düşdüyündən, eləcə də biznes fəaliyyəti ilə birgə məşğul olduğu şəxslərdən verdiyi malların pulunu hələ ki, ala bilmədiyindən icra sənədləri üzrə müəyyən olunan məbləğləri tələbkarlara ödəyə bilməmişdir. Hal-hazırda da həmin məbləğləri bir dəfəyə ödəməyə imkanı yoxdur. Lakin borcları ödəməkdən yayınmayacaqdır və 2022-ci ilin sonunadək işləyib, maddi çətinliklərini həll edərək tələbkarlara olan borcunu ödəyəcəkdir. Hazırki maddi vəziyyəti nəzərə alınmaqla barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 30 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar